Mercedes-Benz şirkəti yenilənmiş S-Class kupe və kabrioletinin ilk tizerini yayıb. YouTube kanalında dərc edilən videoçarxdan göründüyü kimi, yenilənmiş modellər organik işıqdiodlarından (OLED) hazırlanmış yeni arxa fənərlərə malik olacaqdırlar.
Alman istehsalçısı S-Class modellərinin hər bir fənəri 33 fərdi idarə edilən işıqdiodlarından ibarət olacaq. Buna bənzər optikanı Audi şirkəti yeni nəsil A8 bayraqdar sedanında istifadə edir.
Yenilənmiş Mercedes-Benz S-Class kupe və kabrioletinin kütləvi təqdimat mərasimi gələn ay Frankfurtda işinə başlayacaq avtosalonda keçiriləcəkdir.