Mercedes-Benz şirkəti yenilənmiş S-Class kupe və kabrioletini təqdim edib. Avtomobillərin kütləvi nümayişi bu ayın ortalarında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. Modellər yeni V8 mühərrikinə, təkmilləşdirilmiş görkəmə və orqanik işıqdiodlarından (OLED) hazırlanmış arxa fənərlərə sahib olublar.
Yenilənmiş S-Class kupe və kabrioletlərini başqa bamperlər, yenilənmiş ön fənərlər və hər birinin icərisində 33 fərdi işıqdiodları olan arxa fənərlər sayəsində ayırd etmək olar. Bundan başqa, avtomobillər AMG Line xəttindən olan iki 10 qollu 20-düymlük təkər disklərinə də sahib olublar: AMG Line opsional dəstina daxil olan disklər cilalanmış səthə, AMG Line Plus dəstinə daxil olan disklər isə qara parlaq rəngə malikdirlər.
İnteryerin tərtibat variantlarına üç yeni yenisi əlavə edilibdir. Eyni zamanda, avtomobillər 12,3-düymlük rəqəmsal cihazlar panelinin yeni qrafikasına, sensorlu panelləri olan sükan çarxına və təkmilləşdirilmiş Comand mulıtimedia sisteminə sahib olublar. Sonuncu 3D formatlı naviqasiya xəritələrini və onlardakı obyektləri əks etdirmək qabiliyyətini əldə edib.
Bundan başqa, yenilənmiş kupe və kabriolet, hər birinin uzunluğu 10 dəqiqə olan əhval-ruhiyyə yaradan altı proqram ( Freshness, Warmth, Vitality, Joy, Comfort və Training) ilə təchiz edilir. Proqramdan asılı olaraq elektronika salon işıqlandırmasının rəngini (64 növ rəng), oturacaqların vəziyyətini (qızdırılma, havalandırma və massaj), klimat-kontrolun işini tənzimləyərək musiqili müşayəti seçir.
Mercedes-AMG S63 Coupe
S-Class kupesinin S 450 indeksli standart variantı 367 at qüvvəli 3,0-litrlik altı silindrli mühərrik və doqquz pilləli “avtomatla” təchiz edilir və 100 km/saat sürətini 5,5 saniyəyə toplayır. S 500 kupe və kabrioletinin 4,6-litrlik V8 aqreqatını 469 at qüvvəsi və 700 Nm hasil edən 4,0-litlrik V8 biturbomühərriki əvəzləyib. Artıq bu modifikasiya S 560 adlanır. Mercedes-Benz S 560 kupesi tam çəkişli olsa da, kabriolet yalnız arxa çəkişlə təchiz ediləcəkdir.
“Bərkgedən” Mercedes-AMG S 63 modeli artıq 612 at qüvvəli 4,0-litrlik səkkiz silindrli mühərrik və doqquz pilləli AMG Speedshift MCT “avtomatı” ilə təchiz edilir. “Qaynar” kupe və kabrioletlər 100 km/saat həddini 3,5 saniyəyə toplayırlar. “Qaynar” kupe və kabrioletlərin top variantları olan Mercedes-AMG S65 630 at qüvvəli 6,0-litrlik V12 mühərrikinə və yeddi pilləli avtomatik ötürmələr qutusuna sahib olacaqdır.