Mercedes-Benz şirkəti yeni təqdimata hazırlaşır: bu ilin 26 aprel tarixində Mercedes me platformasında tamamilə yeni modelin - T-Class kompaktveninin təqdimatı keçiriləcəkdir. Bu barədə məlumatı alman istehsalçısının mətbuat xidməti yayıb. Eyni zamanda, yeni kompaktvenin ön hissəsi təsvir edilmiş tizeri də dərc olunub.

Xatırladaq ki, T-Class Mercedes-Benz şirkətinin keçən ilin yayında anons etdiyi prinsipcə yeni ailədir. Yeni ailənin carçısı keçən il təqdim edilmiş Concept EQT konsepti olub - elektrik versiyası yanacaqlı variantlar ilə birlikdə modifikasiya xəttinə daxil olacaqdır.

Mercedes-Benz Concept EQT

Bu yaxınlarda nəsil dəyişdirmiş Mercedes-Benz Citan modelinin artıq Tourer adlanan sərnişin versiyası var, lakin T-Class bazarın daha bahalı seqmentini hədəfə götürüb: alman istehsalçısı onu aktiv həyat tərzi üçün kiçik premium ven adlandırır.

Təəssüflər olsun ki, təfərrüatlar açıqlanmayıb. Kompaktvenin hər iki tərəfdə sürüşərək açılan qapılara və “transformasiya edilən geniş salona” malik olacağı məlumdur. Eyni zamanda, Mercedes-Benz rahatlıq, keyfiyyət, təhlükəsizlik və “Mercedes-Benz üçün tipik olan” “qoşulan” texnologiyaları vəd edir.

Mercedes-Benz Citan

Daxili yanma mühərriki olan Mercedes-Benz T-Class modeli alman markasının model xəttində Mercedes-Benz V-Class modelindən bir pillə aşağıda yerləşəcəkdir. Bənzər şəkildə EQT modeli EQV miniveninin kiçik qardaşı olacaqdır.

Xatırladaq ki, Concept EQT modelinin uzunluğu 4945 millimetr, eni - 1863 millimetr, hündürlüyü isə 1826 millimetr idi. Konsept yeddiyerli dəri salon, panoram dam, səs yardımçısı olan MBUX məlumat-əyləncə kompleksi ilə təchiz edilmişdi.

Mercedes-Benz T-Class

Concept EQT baqaj bölməsində elektrik lonqbordu yerləşirdi.  Əvvəllər belə opsiyanın seriyaya gedəcəyi şübhə doğururdusa, indiki zamanda “son kilometr” üçün nəqliyyat vasitələri getdikcə populyarlaşırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.