Alman markası yenilənmiş sərnişin venləri və yük furqonları ailəsini təqdim edib. Onları daha ifadəli dizayn, o cümlədən fərqli radiator barmaqlığı və bamperləri, eləcə də salon tərtibatı sayəsində tanımaq olar. İlk dəfə olaraq, EQV, V-Class modelləri və V-Class Marco Polo kemperi üçün iki genişformatlı ekran, eVito və Vito kommersiya furqonları üçün isə, arxa qapının servoötürcüsü əlçatandır.

Eyni zamanda, bütün modellərin avadanlıq siyahısı yenidən nəzərdən keçirilmiş, yardım sistemlərinin işi isə, təkmilləşdirilmişdir. Restaylinqin məqsədi EQV, V-Class, V-Class Marco Polo, eVito və Vito modellərini alıcılar üçün daha cəlbedici etmək, onlara bir qədər daha çox dəbdəbə və ifadə qatmaqdır.

Yenilənmiş avtomobilləri restaylinqdən əvvəlkilərdən kəskin şəkildə haşiyəyə alınmış radiator barmaqlığı və yeni bamperlər, həmçinin tündləşdirilmiş fənərlər və fərqli dizayna malik olan təkər diskləri sayəsində fərqləndirmək mümkündür. İlk dəfə ön tərəfini üçşüalı ulduz bəzəyən V-Class Exclusive modeli digərlərindən daha çox fərqlənir,.

Yeri gəlmişkən, interyer də dəyişdirilib: salonda yeni ön panel və sürücünün əllərinin çarxda olmasını təmin edən həcmli sensoru olan sükan, EQV, V-Class venləri və V-Class Marco Polo kemperində isə, iki genişformatlı ekran peyda olub.

Mercedes-Benz eVito və Vito kommersiya furqonları daha sadə multimedia sisteminə malikdirlər, lakin indi onların opsiya siyahısında elektrik ötürməli Easy-Pack yük qapısı var.

Versiyadan asılı olaraq, modellər simsiz enerji doldurma, qızdırılan sükan və parlaqlığı tənzimlənən arxa işıqlar mövcuddur. Bunlara MBUX kompleksinin bütün fişkalarını əlavə etmək olar - səslə idarəetmə və musiqi axınından tutumuş Energizing Comfort proqramlarına və tamamlanmış reallığa malik olan naviqasiya sisteminə qədər.

Venlərin standart avadanlıqlarının siyahısı genişləndirilib, tez-tez birlikdə sifariş edilən funksional avadanlıqlar isə, rahatlıq üçün paketlərdə birləşdiriliblər. V-Class modelinin baza versiyası dəri sükana, arxa sərnişinlər üçün kondisionerə, rahat ön oturacaqlara malikdir və smartfon ilə inteqrasiyanı dəstəkləyir.

Ən yüksək səviyyəli V-Class Exclusive idman asqısına, qapının elektrik ötürməsinə malikdir, sükan isə dəri ilə deyil, daha bahalı nappa ilə örtülür.

Həmçinin, yenilənmiş avtomobillərdə Active Brake Assist təcili əyləcləmə sistemi var və indi o, qarşıdan gələn avtomobillər və ötmələr zamanı  təhlükəli manevrlər barədə xəbərdarlıq edir.

İlk dəfə olaraq venlərə uzaq işıqların Highbeam Assist PLUS adaptiv idarəetməsi olan Multibeam LED fənərləri quraşdırılır. Yeni parkinq köməkçisi isə, artıq ətraf məkanın üçölçülü vizualizasiyasını yaradan dairəvi müşahidə kamerasını və qoşqu ilə manevr köməkçisini ehtiva edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırkı furqonlar VAN.EA platformasında inşa ediləcək yeni ailəyə gedən yoldakı aralıq mərhələdir. Bu platforma xüsusi olaraq elektrik güc qurğuları üçün nəzərdə tutulub və 2026-cı ildə təqdim olunacaq.

Həm VAN.EA, həm də digər perspektivli platformalar Mercedes-Benz şirkətinə 2039-cu ilə qədər karbon-neytral model cərgəsini formalaşdırmağa imkan verəcək ki, bu da şirkətin transformasiya strategiyasının əsas məqsədlərindən biridir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.