Nəhayət ki, Mercedes-Benz şirkəti yeni "bərkgedən" AMG sedanı ətrafında gedən söz-söhbətlərə bir qədər açıqlıq gətirib. Alman istehsalçısı yeni modelin adını və təqdimat tarixini açıqlayıb.
Beləliklə, Mercedes-AMG GT Coupe adını almış sedan bu ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda geniş kütlə qarşısına çıxacaqdır. Üstəlik, alman şirkəti yeni sedanın üç fotoşəklini də dərc edib. Əfsuslar olsun ki, yayılmış təsvirlərdə Mercedes-AMG GT Coupe modeli bir müddət bundan öncə şəkilləri peyda olmuş prototiplər kimi güclü kamuflyajla örtülübdür. Mercedes-Benz şirkəti Mercedes-AMG CLS 63 modelinin buraxılışından imtina etməsi, GT Coupe sedanının «bərkgedən» modellər xəttində xüsusi yer tutacağından xəbər verir.
Mercedes-AMG GT Coupe modeli MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanacaqdır. Avtomobilin 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz ediləcəyi gözlənilir. Hibrid güc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir. Sıfırdan 100 km/saat həddinə prototip üç saniyədən az müddətə sürətlənməlidir. Bununla belə, alman istehsalçısı akkumulyatorların xarakteristikaları və elektrik ötürməsi ilə yürüş ehtiyatı barədə heç bir məlumat verilməyib.