Mercedes-Benz şirkəti yeni nəsil G-Class ofroderinin “bərkgedən” modifikasiyası olan Mercedes-AMG G63 modelini təqdim edib. G 63 yeni mühərrikə sahib olmuş və 100 km/saat həddinə sürətlənməkdə sələfindən bir saniyə yeyindir.
Mercedes-AMG G 63 modeli 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik ilə təchiz edilir. Bu mühərrik əvvəlki 5,5-litrlik turbomühərriki əvəz edib. Güc aqreqatı örütmələri sükanaltı dəstəklər vasitəsi ilə həyata keçirməyə imkan verən doqquz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
“Qaynar kərpic” yerindən 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Bu vaxt ofroderin sələfində olduğundan 0,9 saniyə yeyindir. Avtomobilin maksimal sürəti 220 km/saatdır. AMG Driver’s package dəstini sifariş etməklə bu həddi 240 km/saata qədər artırmaq olar. Avtomobil qarışıq rejimdə 100 kilometrə 13,2 litr yanacaq sər edir ki, bu əvvəlkində 0,6 litr azdır.
“Bərkgedən” ofroder adi model kimi ikiqat köndələn qolları olan müstəqil ön asqıya və hər tərəfdə dörd uzununa qolları, Panar dartması olan bütöv körpüyə sahibdir. Mercedes-AMG G63 modeli adaptiv asqı sistemi, azaldıcı pillələrinin uzadılmış ötürmə sayı olan tam çəkiş sistemi və idarəetmə elektronikasının yolsuzluqda hərəkət etmək üçün nəzərdə tutulan “Sand”, “Trail” və “Rock” rejimləri ilə də təchiz edilir.
Bundan başqa, ofroder işıqdiodlarından fənərlər, salondakı düymə vasitəsi ilə səsi tənzimlənən idan buraxılış sistemi, aktiv multikonturlu oturacaqlar, 22-düymlük təkər diskləri, qırmızı supportları olan güclü əyləc mexanizmləri, yeni AMG sükanı və adaptiv kruiz-kontrolla komplektləşdirilir. “Bərkgedən” Mercedes-AMG G 63 yolsuzluq avtomobilinin kütləvi təqdimat mərasimi qarşıdan gələn Cenevrə avtosalonunda baş tutacaqdır.