Los-Anjeles avtosalonunda təqdimatı gözlənilən növbəti nəsil Mercedes-Benz CLS modelinin ilk videotizeri dərc edilib. Videotizerdə avtomobilin ön və arxa işıq texnikası, pəncərə xətti təsvir olunub. Qeyd etmək lazımdır ki, CLS modelinin arxa işıq texnikasınən dizaynı Audi A4 (B8) modelinin arxa fənərləeini xatırladır.
Sələfi kimi, yeni Mercedes-Benz CLS-Class da Mercedes-Benz E-Class modelinin bazasında inşa edilibdir. "Autocar" saytı yeni CLS modelinin 295 at qüvvəli dörd silindrli və 362 at qüvvəli altı silindrli benzin turbomühərrikləri ilə təchiz ediləcəyini bildirib.
Avtomobilin AMG bölməsi tərəfindən hazırlanmış variantının isə 429 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Dizel mühərriklərinə gəldikdə isə, başlanğıc modeli 241 at qüvvəli dörd silindrli mühərriklə təklif ediləcəkdir.
Eyni zamanda, modelin mühərrik çeşidinə 281 və 335 at qüvvəsi hasil edən sıralı altı silindrli mühərriklərin də daxil olacağı güman edilir.
Yeni modelin satışlarına gələn ilin yazında başlanacaqdır. Eyni zamanda alman istehsalçısı yeni CLS modelinin cihazlar panelini də nümayiş etdirib. Təsvirdən də göründüyü kimi, bu iki 12,3-düymlük displeydən ibarət panel deyil, tamamilə bütöv şəkildə olan, multimedia və cihazlar panelinin funksiyalarını əks etdiyən displeydir. Üstəlik, şəkildə təsvir edilən displeyin oval formaya malik olduğu təəssüratı da yaranır.
Bundan əlavə, havalandırma sisteminin yan-yana olan dörd deflektorunu da qeyd etmək gərəkdir.