Mercedes-Benz şirkəti yeni nəsil S-Class sedanının daxili işıqlandırması barədə məlumat verib. Alman mühəndisləri qabaqcıl işıqlandırmanı sedanın funksionalı ilə əlaqələndiriblər.
Yeni S-Class sedanının ətraf işıqlandırması, tam şəffaf örtükdən hazırlanmış çox sayda fiber optik kabellərdən ibarətdir. LED xətlər qapı panellərindən, ön paneldən, mərkəzi konsoldan, döşəmənin və arxa oturacaqların ətrafından keçir. Hər bir fiber optik kabel 250 LED-dən ibarətdir ki, onlar birlikdə avtomobilin daxili perimetri üzrə vahid kəsilməz işıq xəttini yaradırlar.
Mühəndislər innovativ işıqlandırmanı sürücüyə yardım texnologiyaları ilə birləşdiriblər. Məsələn, yolda təhlükəli bir vəziyyət yarandığı təqdirdə, kor nöqtələrə nəzarət sistemi sürücünü parlaq qırmızı rəngli daxili işıqlandırmanın köməyi ilə mümkün toqquşma barədə xəbərdar edir.
Bundan əlavə, Warmth and Comfort paketində atmosfer işıqlandırması interyer elementlərinin qıdırılması sistemi ilə birlikdə işləyəcəkdir.
Əvvəlki S-Class modelində olduğu kimi, atmosfer işıqlandırması multimedia sistemi, iqlimə nəzarət, oturacaqların masaj rejimi və ətirlərlə birlikdə işləyəcəkdir. Bir düyməni basmaqla və ya səs komandalarından istifadə etməklə avtomobilin içərisində unikal bir atmosferi yaratmaq mümkün olacaq.
Yeni nəsil Mercedes-Benz S-Class sentyabrın 2-də debüt edəcəkdir.