Mercedes-Benz şirkəti qarşıdan gələn Frankfurt avtosalonunda nümayiş etdirmək üçün EQ A Concept adlı yeni prototipi hazırlayıb. Bu konsept avtomobili gələcək elektrik hetçbekinin carçısıdır.
İstehsalçı yeni konsept barədə heç bir texniki məlumat dərc etməyib.
Yayınlanmış tizerdən göründüyü kimi, prototipin dizaynı 2016-cı ildə nümayiş etdirilmiş Generation EQ konseptinin üslubunda hazırlanmışdır. Keçən ilki konsept hər oxda biri yerləşdirilmiş iki elektomotorla təchiz edilmişdir. Aqreqatların ümumi gücü 408 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edirdi.
Mühərriklər 70 kilovat-saat tutumu olan litium-ion batareyalardan qidalanırdılar. Generation EQ konseptinin yürüş məsafəsi 500 kilometr təşkil edirdi.