Almaniyanın Federal məhkəməsi Mercedes-Benz şirkətinə, yerli bazarda satdığı avtomobillərdə, sərnişinlərin boyun hissəsinə isti hava kütləsini yönəldən Airscarf («hava şərfi») sistemini quraşdırmağı qadağan edib. Belə bir tələbi irəli sürən şəxs, bu sistemin 1996-ci ildən patentinə sahib olan Lüdviq Şatzingerdir. Bu məhkəmə prosesi tərəflər arasında gedən ilk məhkəmə prosesi deyildir. Şatzinger artıq iki dəfə bu prosesi aşağı instansiya məhkəmələrində uduzmuşdur.
Federal məhkəmənin qərarı ilə avtoistehsalçı nəinki bu sistemi quraşdırmaqdan imtina etməlidir, o hətta satılmamış və ya müştəriyə çatdırılmamış avtomobillərdə də sistemi deaktivasiya etməlidir. Əlavə olaraq, Mercedes-Benz şirkəti Airscraf texnologiyasından reklam məqsədləri ilə də istifadə edə bilməz.
Bu qadağan artıq müştərilərin mülkiyyətinə keçmiş avtomobillərə şamil edilməyəcəkdir. Bundan başqa, Mercedes-Benz şirkəti bu sistemin panteninə sahib olan şəxsə, ondan icazəsiz sistemi tətbiq etdiyinə görə dəymiş ziyanı ödəməlidir. Ziyanın məbləği satılmış avtomobillərin sayı dəqiqləşdirildikdən sonra hesablanacaqdır.
Lakin, Mercedes-Benz şirkəti bu ilin 25 dekabrından sonra bu sistemdən sərbəst şəkildə istifadə edə bilər. Buna səbəb Şatzingerə verilmiş patentin müddətinin həmin vaxt bitməsidir. Xatırladırıq ki, Airscraf sustemi Mercedes-Benz şirkətinin üstü açıq modellərində quraşdırılır. Bu modellərə, C-, E-, S-Class kabrioletləri, həmçinin SLC, SL və SLS avtomobilləri aiddir.