Mercedes-Benz şirkəti hazırlanma prosesində olan və adı belə olmayan hiperkara ilk sifarişi qəbul etmişdir. Gələcək hiperkar üçün ilk ödənişi Avstarliyadan olan müştəri həyata keçirmişdir. Bu barədə “Motoring” saytına Mercedes-Benz şirkətinin Avstraliya bölməsinin məhsullar üzrə böyük meneceri Dəvid Makkarti məlumat vermişdir.
Makkartinin sözlərinə görə, alıcını gələcək hiperkarın yerli yollarda istismarının qadağan ediləcəyi faktı belə fikrindən döndərməmişdir. Avstraliya qanunlarına görə, sükanı sol tərəfdə olmayan avtomobillərin istismarı bu ölkə-materikdə qadağandır. Alman şirkəti isə, sükanı sağda olan avtomobilin istehsalını planlaşdırmır. Əvvəlcədən ödənişin məbləği də dəqiqləşdirilməmiş qalır. Mercedes-Benz şirkətinin 1300 at qüvvəli hiperkar hazırlaması barədə saiyələr bu ilin yayında yayılmağa başlamışdır. Sonradan yeni hiperkarın tərkibinə Formula 1 bolidlərində istifadə ediləmn 1,6-litrlik V6 turbomühərrik daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəyi məlum olmuşdur.
Bu günlərdə keçirilən Paris avtosalonunda alman şirkətinin nümayəndələri hiperkarın hazırlanması faktını təsdiqləmiş və modelin cizgiləri təsvir edilən sketçi yaymışdılar. Avtomobilin satış qiyməti 2-3 milyon avro arasında olmalıdır. Yeni hiperkar Bugatti Chiron və Aston Martin şirkəti ilə Red Bull Racing komandasının birgə hazırladığı AM-RB 001 modellərinərəqib olacaqdır.