Bu gün Mercedes-Benz şirkəti yeni yığcam rodsterini rəsmi olaraq təqdim etmişdir. Mercedes-Benz SLC-Klasse əvvəli SLK rodsterinin yenilənmiş variantıdır. Yeni ənənəyə görə indeksində «C» hərfi olan hər bir modelin C-Klasse ilə yaxın bağlarının olduğu məlumdur ki, yeni rodster də qaydalardan istisna deyil. Yeni rodster C-Kıasse modelindən bir çox texnologiyaları irsən almışdır. Bunun bariz nümunəsi olaraq güclü Mercedes-AMG SLC 43 və ən sadə SLC 180 modellərini göstərmək olar. Xatırladaq ki, Mercedes-Benz SLK modeli vaxti ilə çox populyar olmuşdur ki, bu avtomobilin dünya üzrə satışları 670 min ədəd təşkil etmişdir.

Yeni rodsterin xarici görkəmi öncəki modeldən tam yenilənmiş qabaq hissəsi ilə seçilir. Yenilənmə radiator barmaqlığının formasına, bamperə və işıq texnikasına siraət etmişdir. Arxa hissədə isə fənərlər və bamperdə dəyişikliklər olmuşdur. İnteryerdəki dəyişiklik isə yeni sükandan və avtomat sürət qutusunun selektorundan ibarətdir.

Mercedes-Benz SLC üçün beş güc aqreqatı - dörd benzin və bir dizel, - nəzərdə tutulmuşdur. İlkin və ən ucuz variant SLC 180 modifikasiyasıdır ki, onun dörd silindirli mühərrikinin 156 at qüvvəsi və 250 Nm fırlanma anı vardır. SLC 200 variantında bu göstərici müvafiq olaraq 184 at qüvvəsi və 300 Nm-dir.  SLC 300 isə 245 at qüvvəli və 370 Nm fırlanma anı olan mühərriklə təchiz edilir.

Mercedes-Benz SLC 300

Yeganə dizel modifikasiyası olan SLC 250d, 2,1 litrlik 204 at qüvvəsi və 500 Nm fırlanma anı olan dörd silindirli mühərriklə komplektləşdirilir. SLC 180 və SLC 200 üçün altı pilləli mexanıkı sütətlər qutusu təklif olunur. Qalan modifikasiyalar isə 9G-Tronic avtomatik sürətlər qutusu  ilə komplektləşdirilir. Lakin əlavə ödənişlə ilk iki modelləri də «avtomatla» da təchiz oluna bilər. 0-dan 100 km/s sürətini yığmaq üçün SLC 180 cəmi7,9 saniyə, SLC 200 - 7,0 saniyə, SLC 300 - 5,8 saniyə, SLC 250d isə 6,6 saniyə sərf edir.

SLC 250d və SLC 300 modellərinin baza komplektasiyasına dörd rejimi olan Dynamic Select ssistemi daxildir ki,  Comfort, Sport, Sport+, Eco və İndividual rejimləri vasitəsi ilə sürücü avtomobili istədiyi kimi sazlaya bilər.

Dynamic Handling dəsti isə klirensin 10 millimetr aşağı salınmasını, adaptiv amortizatorların və xüsusi rejimıli stabilizasiya sisteminin quraşdırılmasını nəzərdə tutur.

Mercedes-AMG SLC 43

Mercedes-Benz SLC modeli üçün mümkün olan avadanlıqların siyahısına oturacaqların qısdırılması, sürücü və sərnişinin boyununa isti havanın üfürülməsi, Comand online multimedia sistemi, parktronik, uşaq oturacağı quraşdırılan zaman təhlükəsizlik yastığının söndürülməsi və şəffaflığı dəyişə bilən dam da daxildir. 

Rodsterin «bərkgedən» variantı olan Mercedes-AMG SLC 43 modeli 3,0-litrlik V6 biturbo mühərriklə və 9-pilləli avtomatik sürətlər qutuau ilə təchiz olunur. AMG variantı 367 at qüvvəsi və 520 Nm fırlanma anına malikdir.

Avtomobil həmşinin nizamlana bilən asqı və yüksək sürtünməli differensialla komplektləşdirilir. Yerindən 100 km/s sürətini yığmaq üçün rodsterə 4,7 saniyə lazımdır. Maksimal sürət elektronika tərəfindən 250 km/s həddində məhdudlaşdırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt