Mercedes-Benz şirkəti tamamilə yeni bir modeli buraxacağını bildirib. Söhbət, 2022-ci ilin ilk yarısında alman markasının model xəttində peyda olacaq T-Class sərnişin kompaktvenindən gedir. Artıq səkkiz ildir ki istehsal edilən Citan furqonu kimi, yeni kompaktven də Renault-Nissan-Mitsubishi alyansı ilə birlikdə hazırlanacaqdır.
Mercedes-Benz T-Class sərnişin kompaktveni və yeni nəsil Citan furqonu eyni platformanı paylaşmaqla yanaşı, bir çox cəhətdən oxşar olacaqdırlar. Bununla birlikdə, yenə də iki avtomobil arasında fərqlər mövcud olacaqdır ki, bu da onların mövqeləndirməsidir. Mercedes-Benz Citan sırf kommersiya avtomobili olaraq qalacaqdır. Bununla belə, T-Class modeli - ailəli və ya açıq havada vaxt keçirməsi sevən şəxslərə ünvanlanacaqdır.
Mercedes-Benz şirkəti yeni avtomobil haqqında ətraflı məlumat verməyib. Bununla belə, istehsalçı yeni modelin geniş və rahat salona, müasir Mercedes-Benz avtomobillərinin üslubunda dizayna, qiymət və istehlak xarakteristikaları arasındakı cəlbedici nisbətə malik olacağını vəd edib. Kompaktven hər iki tərəfdən sürüşərək açılan qapılara və bir neçə modifikasiyaya (elektrik versiyası da daxil olmaqla) malik olacaqdır.
Yeni kompaktverinin Mercedes-Benz şirkətinin model xəttində V-Class modelindən bir pillə öndə qərarlaşacağına baxmayaraq, konsepsiya baxımından hər iki model arasında oxşar cəhətlər olmalıdır. Hər iki model fərdi şəxslərə təklif ediləcək və onların hər ikisi salonun müxtəlif tərtibat variantlarına malik olacaqdırlar.