Artıq hər kəsə bəllidir ki, Mercedes-Benz şirkəti Cenevrə avtomobil salonunda C-Class ailəsinin yeni üzvü olan kabrioleti və kupe kuzovlu «qaynar» Mercedes-AMG C43 Coupe modelini təqdim edəcəkdir. Bu məqsədlə alman şirkəti hətta C-Class ailəsinə mənsub olan avtomobillərin foto və video tizerləri də yaymışdır. Kabriolet variantı tam göstərilməsə də, Mercedes-AMG C43 Coupe modelini tizerlərdə açıq-aydın müşahidə etmək mümkündür. Bilindiyi kimi, Mercedes-Benz şirkəti bir müddət bundan əvvəl AMG Sport xəttinə aid olan «qaynar» avtomobillərin adını dəyişmək qərarına gəlmişdir.
Bu xətt üzrə buraxılan avtomobillər alman şirkətinin model cərgəsində tam tüninq keçmiş modellərdən bir pillə aşağıda qərarlaşmışlar. Bu qəbildən olan modellərin artıq «43» indeksi ilə adlandırırlar və Mercedes-Benz deyil, Mercedes-AMG adı altında satılırlar.Bildiyimiz kimi, C-Class sedanının «qaynar» Mercedes-AMG C43 variantı 367 at qüvvəsi və 520 Nm fırlanma anı olan 3,0-litrlik V6 mühərriki ilə təchiz edlir.
Çox güman ki, yeni kupenin «qaynar» variantı olan Mercedes-AMG C43 Coupe modeli də eyni mühərriklə təchiz edilcəckdir. Bundan başqa, «qaynar» kupenin standart olaraq 4Matic tam çəkiş sistemi ilə təklif olunacağı da güman edilir.