Mercedes-Benz şirkəti Avropada dizel mühərriki ilə təchiz edilmiş üç milyon avtomobili geri çağırıb. Servis kampaniyası alman avtoistehsalçısına 220 milyon avroya başa gələcəkdir.

Automotive News nəşrinin verdiyi xəbərə görə, geri çağrılan avtomobillərin ətraf mühitə atdığı tullantıların səviyyəsini azaltmaq üçün idarəetmə elektronikasının proqram təminatını yeniləyəcəkdir.

Bu yolla Mercedes-Benz Volkswagen şirkətinin dizel qalmaqalı ilə əlaqədar olaraq aldığı cərimələrə bənzər sanksiyalardan yaxa qurtarmaq istəyir. Yeni servis kampaniyası Avropada dizel mühərriki ilə təchiz edilmiş 250 min yığcam avtomobil və furqonların geriçağırma kampaniyasının tərkib hissəsidir. Bu avtomobilləri müvafiq olaraq 45 və 75 faizi artıq təmir edilmişdir. Bir neçə ay bundan əvvəl, hakimiyyət orqanları alman istehsalçısını zərərli tullantıların səviyyəsi ilə manipulyasiyalarda ittiham etmişdi.

Mercedes-Benz şirkəti isə, Volkswagen şirkətindən fərli olaraq, mühərrikin müdafiəsi üçün tullantıların səviyyəsinə təsir edən avadanlığı tətbiq etdiyini etiraf etmişdir.