Bu günlərdə işinə başlamış Pekin avtosalonunda, Mercedes-Benz şirkəti yenilənmiş E-Class modelinin uzunbazalı versiyasını təqdim edib. Məlum məsələdir ki, uzunbazalı E-Class yalnız Çində satılacaqdır.
Yenilənmiş uzun təkər bazasına malik olan Mercedes-Benz E-Class modelinin uzunluğu 5,056 millimetrdir. Beləliklə, yenilənmiş uzunbazalı E-Class, dörd il əvvəl təqdim olunan sələfindən 22 millimetr uzundur. Adi Mercedes-Benz E-Class ilə müqayisədə, “çinli” sedanın oxları arasındakı məsafə 140 millimetr artırılıb.
Sedan quraşdırılmış sensorlu ekranı və iki USB portu olan yeni mərkəzi konsola sahib olub. Mercedes-Benz E-Class L modelinin təchizatına qlobal modeldən götürülmüş MBUX məlumat-əyləncə sistemi, habelə ön və arxa LED işıq texnikası daxil edilib.