Cari nəsil Mercedes-Benz E-Class modelinin cari nəslinin həyat dövrü sona çatmaq üzrədir: onun W214 kuzovlu varisinin sınaqlarını artıq keçən ildən müşahidə edirik. Mercedes-Fans tematik resursunun əldə etdiyi məlumata görə, istehsalçı modelin Final Edition adıə xüsusi versiyasını buraxmaq qərarına gəlib.

Xüsusi nəşr 612 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilmiş Mercedes-AMG E 63 S modelinin əsasında yaradılacaqdır. Görünən odur ki, Mercedes-AMG E 63 S Final Edition V8 mühərriki olan E-Class modelini almaq istəyən marka pərəstişkarlarının son şansıdır, çünki modelin növbəti nəslinin mühərrik çeşidində belə aqreqat olamacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

C-Class və növbəti GLC kimi E-Class da toatal daunsayzinqə məruz qalacaqdır. Bununla belə, modelin 63 indeksini qoruyacağını və 653 at qüvvəli hibrid olacağı ehtimal edilir.

Mercedes-AMG E 63 S Final Edition kuzovun tutqun rənginə, eksteryer və interyerin karbondan detallarına, 20-düymlük təkər disklərinə, sükan çarxı və oturacaqlardakı sarı haşiyələrə malik olacaqdır. Dahja dəqiq məlumat yoxdur, çünki xüsusi versiyanın buraxılışı rəsmi olaraq təsdiqlənməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.