Mercedes-Benz və BYD şirkətləri dəbdəbəli Denza D9 miniveninin eksteryer və interyerinin rəsmi şəkillərini yayımlayıblar. Yeni miniven rəqəmsal-sensorlu interyeri ilə seçilir: sürücü və sərnişinlərin ixtiyarına altı ekran (o cümlədən beş sensorlu) , ikinci sıranın elektrik tənzimlənməsi olan multikonturlu oturacaqlar, bahalı tərtibat materialları, panoram dam və daxili kontur işıqlandırması verilib. Texniki hissə barədə təsdiqlənmiş məlumat yoxdur.

Mercedes-Benz markasının BYD şirkətinin törəmə markasının miniveninin yaradılmasına verdiyi töhfəni təxmin etmək çətindir, lakin Almaniya tərəfi hələ də birgə müəssisədə 10 faizlik paya malikdir. Eyni zamanda, Denza D9 yenilənmiş V-Class minivenindən daha çox Toyota Alphard modelinə bənzəyir - Asiya modelləri arasındakı dizayn oxşarlığı göz qabağındadır.

Salonda rəqəmsallaşdırmanın təntənəsini görmək olar – yalnız mərkəzi tuneldə bir neçə analoq düymə qalıb, 10,25-düymlük virtual cihazlar paneli və 15,6-düymlük sensorlu ekranı olan məlumat-əyləncə kompleksi standartdır. Hərəkət rejimlərinin coystiki büllurdandır, yan qapılar və baqaj qapağı elektriklə açılır, habelə elektronika tərəfidən idarə olunan pərdələr də var.

Mikroiqlimin tənzimləmələri və multikonturlu kresloların idarə edilməsi dirsəkaltılara inteqrasiya edilmiş kiçik sensorlu ekranlarına həvalə olunub. Bundan başqa, ikinci sıra sərnişinlərinin ixtiyarına diaqonalı ən azı 13 düym olan planşetlər verilib.

Çinlilər minivenin top versiyanın təchizatına premium Dynaudio səs sisteminin, dördzonalı iqlimə nəzarət sisteminin, ikiqat şüşələrin, matrisalı LED fənərlərin və 19-düymlük təkər disklərinin daxil olacağını vəd edirlər.

Çinli jurnalistlər Denza D9 modelinin qiymətinin450 000 yuandan (68 000 ABŞ dolları) başlayacağını gözləyirlər, alıcılar isə ardıcıl hibrid (DM-i) və tam elektrik versiyası (e-platforma 3.0) arasında seçim edə bilərlər. Miniven haqqında ətraflı məlumat mayın sonuna qədər açıqlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.