Denza on il əvvəl Daimler və BYD tərəfindən yaradılıb, lakin tərəfdaşlar hələ də bu brendi populyarlaşdıra bilməyiblər. Alman tərəfi işlərdəki iştirakını tədricən azaldıb: hazırkı yeganə Denza X modelində yalnız interyerin bəzi elementləri Mercedes-Benz avtomobillərini xatırladır və keçən ilin sonunda Daimler AG (hələ adını Mercedes-Benz AG dəyişməzdən əvvəl) birgə müəssisədəki payını 50%-dən 10%-ə endirmək qərara gəlib. Lakin bütün bunlar ancaq yayda baş verəcəkdir, hələlik isə tərəfdaşlar brendin inkişafı proqramını həyata keçirirlər. Bu gün tərəfdaşlar yeni modelin tizerlərini dərc ediblər.

Image alt Image alt Image alt

Denza X krossoverinə hələ də adı açıqlanmayan 5,2 metr uzunluğunda miniven qoşulacaqdır. Minivenin 2+2+3 formulu olan üç oturacaq cərgəsi və zəngin avadanlıq ilə təchiz ediləcəyi bildirilib. Denza miniveni hibrid və tamamilə elektrik versiyalarında təklif ediləcəkdir. Hibrid miniven BYD şirkətinin DM-i ardıcıl hibrid güc qurğusu ilə təchiz olunacaqdır. Təxmini başlanğıc qiyməti 70.000 dollardır. Beləliklə, Denza miniveni Voyah Dreamer və Toyota Alphard modelləri ilə rəqabət aparacaqdır. Minivenin təqdimatıı yaxın aylarda baş tutmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.