Mercedes-Benz və Cigarette Racing şirkətlərinin birgə əməşdaşlığı barədə dəfələrlə məlumat vermişdik. Artıq tərəfdaşların birgə fəaliyyətinin tarixi 10 ilə yaxınlaşır. Bu əlamətdar hadisəni layiqincə qeyd etmək məqsədi ilə tərəfdaşlar yeni layihəyə imza atmışdırlar. Adətən sürətli qayığının yaradılması zamanı ilham mənbəyi kimi alman istehsalçısının sürətli idman avtomobilləri götürülür.
Bu gün Mercedes-Benz şirkəti “dəniz” mövzusunu nümayiş etdirən növbəti tizeri dərc etmişdir.
Yayılmış tizerdən də göründüyü kimi, bu dəfə Cigarette Racing mütəxəssislərinin “ilham pərisi” üçulduzlu emblemi daşıyan ən ekstremal idman kupesi – Mercedes-AMG GT R superkarı olmuşdir. Alman istehsalçısının baş dizayneri Qordon Vaqenerin bildirdiyinə görə, Mercedes-Benz şirkətinin mütəxəssisləri yeni sürət qayığının yaradılmasında birbaşa iştirak etmişdirlər. Təsvirdən də göründüyü kimi, AMG bölümünün 50 illik yubileyinə həsr edilmiş qayıq Mercedes-AMG GT R modelinin “rəsmi” rəngi olan xüsusi yaşıl rəngə boyanacaqdır. Sonuncu dəfə tərəfdaşlar Cigarette Racing Team 41’ SD GT3 qayığını hazırlamışdırlar. Qayığın yaradılması zamanı Cigarette Racing komandasının mütəxəssisləri Ştutqart istehsalçısının Mercedes-AMG GT modelinin yarış variantı olan Mercedes-AMG GT3 modelindən ilham almışdırlar. Bu tərəfdaşların birgə çalışdığı ilk layihə deyildir.
Əvvəllər onlar Mayamidəki sərgiyə Mercedes-AMG GT S modelinə həsr edilmiş Cigarette Racing 50 Marauder GT S konsepti ilə qatılmışdırlar. Adı məlum olmayan layihə isə bu qəbildən olan yeddinci layihə olacaqdır.