Mercedes-Benz şirkəti Vision Van adlı konseptual avtomobili təqdim etmişdir. Yeni prototip alman şirkətinin gələcəyin kommersiya furqonlarına olan baxışını nümayiş etdirir. Konsept 2015-ci ilin oktyabrında Tokyo avtosalonunda təqdim edilmiş Vision Tokyo konseptinin üslubunda hazırlanmışdır.

Furqonun ən nəzərə çarpacaq dizayn elementlərindən biri ön hissəni ətrafını əhatə edən alın şüşəsidir. Bu şüşə sayəsində şəhər şəraitində görünüş sahəsi genişlənmiş olur. Prototip həmçinin ağıllı yük bölümü ilə təchiz edilmişdir ki, bu sistem də sürcüyə lazım olan sifarişin harada yerləşdiyini xatırlada bilir. İstehsalçının iddiasına görə, bu sistem sayəsində sürücü bu və ya digər bağlamanı axtarmaqdan canını qurtarmış olacaq və ona hər çatdırmada 4 dəqiqə vaxta qənaət etməyə imkan verəcəkdir. Bundan başqa, furqon xüsusi uçan dronlarla təchiz edilmişdir ki, bu dronlar hava yolu vasitəsi ilə yükləri sahiblərinə çatdırmağa kömək edəcəkdirlər. Dronlar hətta sifarişçi evdə olmadığı halda da yükü onun həyətində boşaltmaq imkanına malikdirlər.

Konseptual furqon 101 at qüvvəsi gücü olan elektrik mühərriki ilə hərəkətə gəlir. Təzhizatından asılı olaraq furqon 80 kilometrdən 270 kilometrə qədər məsafə qət edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt