Mercedes-Benz şirkəti X-Class pikapının bazasında inşa etdiyi iki konseptual kemperi təqdim edib. Konseptlər Caravan, Motor, Touristik (CMT) sərgisində nümayiş etdiriləcəkdir.
Konseptlər üzərində iki firma işləyib: çıxarılan yaşayış kabinalarını istehsal edən Tischer firması və avtomobillər üçün quraşdırılan mətbəxlərin istehsalçısı olan Van Essa firması. İlk konsept avtomobili 150 santimetr eni və 200 santimetr hündürlüyü olan yaşayış modulu ilə təchiz edilib. Kabinanın içində yataq, üç gözülü plitəsi olan mətbəx, üç kreslo, yığışdırlan əl-üz yuyan, dönən unitaz və duş olan vanna otağı vardır.
İkinci konsept isə, tam funksiyalı mətbəxi, soyuducusu, qab-qacaq və ərzaqların saxlanılması üçün qutuları olan hərəkət edən modul ilə təchiz edilir.
Avadanlığın müdafiəsi üçün pikapın kuzovuna yaxtaların göyərtəsini xatırladan tik ağacından hazırlanmış qapaq quraşdırılmışdır.
Premium seqmentində çıxış edən pikap Nissan Navarra və Renault Alaskan pikaplarının istehsalında istifadə edilən platformada hazırlanmışdır. Pikap öndə ikili köndələn qollu, arxada isə beşqollu yaylı asqı ilə təchiz edilir. Xatırladaq ki, adətən pikapların arxa asqısında ressorlar quraşdırılır.
Mercedes-Benz X-Class modelinin qabarit uzunluğu 5340 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1819 millimetr təşkil edir. Pikapın təkər bazasının uzunluğu 3150 millimetr, klirensi isə 202 millimetrdir. Modelin yük platformasının uzunluğu 1587 millimetr, eni - 1560 millimetr, hündürlüyü isə 474 millimetrdir. Yeni pikapın yükqaldırma qabiliyyəti 1042 kiloqramdır.
İlkin olaraq, yeni pikap iki dörd silindrli turbodizellərlə təklif edəcəkdir. Bu mühərriklərin iş həcmi 2,3 litr olacaqdır. Mercedes-Benz X 220d modeli bir turbinalı mühərriklə təchiz ediləcəkdir ki, bu aqreqat da 163 at qüvvəsinə və 403 Nm fırlanma anına malik olacaqdır. X 250d modifkasiyasının mühərriki isə iki turbokompressorla təchiz ediləcəkdir. Bu mühərrik 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edəcəkdir.