Mercedes-Benz şirkəti müştərilərinin və brend həvəskarlarının bayram əhval-ruhiyyəsini yüksəktmək məqsədilə, onlara Şaxta Babanın əsas gediş-gəliş vasitəsini qurmaq imkanı yaratmışdır. Belə ki, xüsusi onkonfiqurator vasitəsi ilə istifadəçilər, Silver Arrows, G-Klasse və F015 kuzovlarına bənzər kirşə yaratmaq və onu müxtəlif rənglərə boyamaq şansı əldə edirlər. Rənglər palitrasına Şaxta babnın kirşəsinə qoşulmuş marallarının burnunun qımızı rəngi, şam ağacı iynələrinin yaşil rəngi, mələk saçının gümüş rəngi və səssiz gecəni əks etdirən qara rəng daxildir.

Lakin, iş bununla bitmir. Konfiqurator həmçinin xizəklərin formasını və sürüş növünü də seçməyə imkan verir. İstifadəçilər ilk mərhələni adladıqdan sonra kirşəni Avangarde, AMG və Exclusive kimi müxtəlif variantlarda xizəklərini seçə bilərlər. Sürüş formasına gəldikdə isə, misal üçün 4Matic rejimində kirşə marallarla qoşulur,  Hybrid rejimində qoşqu at və marallardan, AMG rejimində isə qoşqu stereodlərlə bəslənmiş və gözləri qırmızı rəngdə olan marallardan ibarət olur.

Nəhayət, kirşə müxtəlif avadanlıqla, o cümlədən təhlükəsizlik dəsti plyus (qoruyucu mələk), naviqasiya sistemi (Qütb ulduzu) və ağıllı işıqlandırma sistemi (fənər tutan cırtdan) komplektləşdirilə bilər. Kirşə tamamlandıqdan sonra, istifadəçi kirşəni populyar sosial şəbəkələr vasitəsi ilə yaxınlarına və dostlarına göndərə bilərlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt