Mercedes-Benz şirkəti rəsmi olaraq Mercedes-Maybach brendi altında istehsal ediləcək yeni model haqqında elan vermişdir. Mercedes-Maybach S650 Cabriolet adlanan dəbdəbəli kabriloet 16 noyabr tarixində beynəlxalq Los-Anjeles avtosalonunda təqdim ediləcəkdir.
Çox güman ki, yeni Mercedes-Maybach S650 Cabriloet alman şirkətinin model xəttində olan Mercedes-Benz S-Class Cabriolet modelinin daha dəbdəbəli variantı olacaqdır. Yeni kabriolet 300 ədədlik məhdud sayda tirajla istehsal ediləcəkdir. İlkin məlumatlara görə, məhdud sayda olan avtomoillərin 100 ədədi Şimali Amerika bazarında satılacaqdır. Hələlik dəbdəbəli kabriloetin satış qiyməti barədə məlumat verilməmişdir. Adından da göründüyü kimi, kabriolet 6,0 və 6,5-litrlik V12 mühərriki ilə hərəkətə gələcəkdir. Böyük ehtimalla bu mühərrik 630 at qüvvəsinə və 1000 Nm fırlanma anına malik olacaqdır. Buna bənzər güc aqreqatı qiyməti 200 min dollardan yuxarı olan Mercedes-AMG S65 Cabriloet modelində quraşdırılır. Güc aqreqatı 7G-Tronic avtomatik sürətlər qutusu ilə birgə çalışır.