Yeni E-Class modelinin "ofroud" versiyası bu günlərdə işinə başlamış Münhen avtosalonunda debüt edib. Hündür klirensli universal kuzov dəsti, təkər disklərinin dizaynı və əlbəttə ki, artırılmış klirensi ilə seçilir. Yenilik ilk dəfə olaraq benzin mühərriki ilə təklif edilir: altısilindli mühərrik ilə hərəkət edən E 450 universalı Şimali Amerikada satılacaq. Avropadakı alıcılara isə, dizel mühərrikli hibridlər (E 220 d və E 300 de) təklif ediləcəklər.
Yeni Mercedes-Benz E-Class All-Terrain standart olaraq tam ötürmə və pnevmatik asqı ilə təchiz edilir. Adi universal ilə müqayisədə All Terrain versiyasının hündürlüyü 28 millimetr, eni isə 24 millimetr artırılıb. Təkər disklərinə gəlincə, alıcı 18-20 düym diametrli variantlar arasında seçim edə bilər. Asfaltdan kənarda isə, sürücünün köməyinə qara plastikdən hazırlanmış müdafiə qurşağı və elektron köməkçilər dəsti gələcəklər. Belə sistemlərə misal kimi, "şəffaf" kapot funksiyasını göstərmək olar.
Avropada kross-universal 2,0-litrlik dizel “turbodördlük” ilə təklif olunacaq. E 220 d versiyasında mühərrik 197 at qüvvəsi və 440 Nm hasil edir, 48 voltluq startyor-generator isə, sürətlənmə zamanı 23 at qüvvəsi və 205 Nm əlavə edə bilər. E 300 de plagin hibrid versiyasında dizel aqreqatı eynidir, lakin avtomobildə 129 at qüvvəli elektrik mühərriki də quraşdırılır. Hibrid sistemin maksimal hasilatı 313 at qüvvəsi və 700 Nm fırlanma anıdır. Plagin hibrid effektiv tutumu 19,5 kilovat-saat olan batareya sayəsində daxili yanma mühərrikini işə salmadan 102 kilometr qət edə bilir.
Ən dinamik və ən “qarınqulu” E 450 versiyası 3,0-litrlik altısilindrli mühərrikə və elektrik üstqurumuna malikdir. Üstqurum 23 at qüvvəsi və 205 Nm fırlanma anına malikdir. Benzin aqreqatı 381 at qüvvəsi və 500 Nm hasil edir ki, bu da yerindən saatda 100 kilometrə 4,7 saniyəyə sürətlənməyə imkan verir. Qarışıq rejimdə yanacaq sərfiyyatı 100 kilometrə 7,9-8,7 litr (WLTP) təşkil edir.
Yeni Mercedes-Benz E-Class All-Terrain kross-universalı 2024-cü ilin birinci rübündə satışa çıxarılmalıdır. Yeni kross-universalın digər E-Class modellərinə nisbətən daha yaxşı təchizata malik olacağı və buna görə də daha baha satılacağı aydındır. Kross-universal yedəkləmə qurğusu və ya velosipedlər üçün baqaj kimi firma aksessuarlarını da sifariş oluna bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.