Budur, artıq bir çoxlarının səbirsizliklə gözlədilədikləri an gəlib çatdı - Mercedes-Benz E-Class avtomobilinin rəsmi fotoşəkilləri dərc edildi. Yeni avtomobilin rəsmi nümayişi isə, bu günlərdə fəaliyyətə başlayacaq Şimali Amerika avtomobil sərgisində (NAIAS) baş tutacaqdır. W213 kod adı altında tanınan E-Class sedanı, yeni C-Class və S-Class avtomobillərinin də istehsal edildiyi MRA modul platformasında yığılmışdır. Yeni avtomobilin təkrələrarası bazası 2939 millimetr təşkil edir ki, bu da sələfində olduğundan 63 millimetr daha çoxdur. E-Class’ın uzunluğu 43 millimetr artaraq 4923 millimetr təşkil etmişdir.

Şəkillərdən də göründüyü kimi, avtomibilin zahiri görünüşü C-Class və S-Class sedanlarından tanış olan dizayn üslubunda tərtib edilmişdir. Alman şirkətinin nümayəndələrinin bildirdiyinə görə, avtomobilin aerodinamk müqavimətinin səviyyəsi 0,23 bərabərdir.

Avtomobilin iç məkana gəldikdə isə, ilk növbədə ən çox diqqət cəlb edən, yeni cihazlar panelinin və multimediya sisteminin bir şüşə altında yerləşdirilmiş iki ədəd 12,3-düymlük və 1920x720 piksel icazəli displeylərdir.

Yeni Mercedes-Benz E-Class modeli üçün üç ayrı asqı sistemi  təklif olunacaq. Standart yay asqıdan əlavə, Avantgarde modelləri üçün nəzərdə tutulmuş 15 millimetr alçaldılmış asqı, adaptiv amortizatorları olan 15 millimetr alçaldılmış idman xassəli asqı və elektronika tərəfindən nəzarət edilən və tənzimlənən opsional pnevmatik asqı da təklif ediləcəkdir. 

Baza variantı olaraq, E-Class 2,0-litrlik dizel və benzin mühərrikləri ilə təchiz ediləcəkdir.

İlkin olaraq təklif ediləcək E200d adlanan dizel variantının mühərrikinin gücü 192 at qüvvəsi olacaq və onun yanacaq sərfiyyatı 100 kilometrə 3,9 litr təşkil edəcəkdir. Əlbəttə ki, Mercedes-Benz E-Class üçün bir neçə yeni dörd və altı silindirli mühərriklər təklif ediləcək və tərkibində 2,0-litrlik daxili yanacaq mühərriki və elektromotor olan hibrid güc aqreqatlı E350e variantı da mövcud olacaqdır. Dizel mühərriklərinin gücü 150-258 at qüvvəsi, benzin mühərriklərin isə 183-33 at qüvvəsi diapazonunda olacağı məlumdur.

Bundan əlavə, 4,0-litrlik V8 mühərrikləri ilə təchiz edilmiş bərkgedən AMG variantları da təklif ediləcəkdir. AMG variantlarından başqa bütün modellər doqquz pilləli 9G-Tronic avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdirlər.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt