Mercedes-Benz şirkəti yüni nəsil E-Class sedanının «bərkgedən» variantı olan Mercedes-AMG E63 modelini rəsmi olaraq təqdim edib. Yeni E63 modeli arxa çəkiş sistemindən məhrum olsa da, drift-rejimini əldə edib ki, bu sistem də mühərrikin fırlanma anının 100 faizini arxa oxa göndərə bilir. Alman şirkətinin nümayəndələri yeni modeli E-Class modelinin tarixində olan ən güclü avtomobil kimi qiymətləndiriblər.

Mercedes-AMG E 63 modifikasiyası adi E-Class modelindən radiator barmaqlığı, ön və arxa bamperin tərtibatı və güclü əyləc mexanizmləri ilə seçilir. Bundan əlavə, AMG variantı yan güzgülərin qara rəngli korpusunu və baqaj qapağında quraşdırılmış kiçik spoylerlə təchiz edilir. «Bərkgedən» avtomobil iki variantda təqdim edilib - Mercedes-AMG E63 4Matic+ və Mercedes-AMG E 63 S 4Matic+.

Hər iki variant 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Birinci halda mühərrik 571 at qüvvəsi və 750 Nm fırlanma anı, ikinci halda isə 612 at qüvvəsi və 850 Nm fırlanma anı təklif edir. S variantının titrəmənin qarşısını alan mühərrikin dinamik dayaqları ilə təchiz edlir ki, bu da yol ilə ilişməni yaxşılaşdırır və döngələri sürətlə qət etməyə, eyni zamanda yarış trekində sürətlənmənin maksimum həddini təmin etməyə imkan verir.

E 63 modifikasiyası 100 km/saat həddinə 3,4 saniyəyə, E 63 S isə 3,3 saniyəyə sürətlənir. Güc aqreqatı doqquz pilləli AMG Speedshift avtomatik sürətlər qutusu ilə təchiz edilir ki, bu qutuda hidrotransformator əvəzinə yaş mufta quraşdırılmışdır. Hər iki mühərrik silindirlərin yarısının söndürülməsi sistemi ilə təchiz edilmişdir. İstehsalçının verdiyi məlumatda 100 kilometrə olan yanacaq sərfiyyatı 8,9 litr təşkil edir.

Drift rejiminə gəldikdə isə, bu sistem ancaq E 63 S modifikasiyasında quraşdırılır. Drift-rejimi Race rejimində sükanaltı dəstəklər vasitəsi ilə aktivləşır, bundan sonra isə ESP sönür, sürət qutusu isə mexaniki rejimə keçir. Sürücü rejimi söndürməyənə qədər mühərrikin fırlanma anı arxa oxa ötürüləcəkdir.

Bundan başqa, transmissiyanın işinin alqoritmini, akselerator pedalının həssaslığını və pnevmoasqının tənzimləyən Comfort, Sport, Sport Plus və Individual rejimləri mövcuddur. Race rejimi isə ancaq trekdə hərəkət üçündür. Mercedes-AMG E 63 4Matic+ modeli arxa differensialın mexaniki qapanması, S variantı isə elektron qapanması ilə təchiz edilir.

Opsional olaraq «bərkgedən» avtomobil adaptiv kruiz-kontrolla, konsyerj xidməti, həmçinin avtomobilin dayanacaqda yerini bildirən və uzaqdan salon isitmə sistemini işə salmağa imkan verən Remote online funksiyası ilə təchiz edilir. Mercedes-AMG E 63 modelinin kütləvi təqdimat mərasimi 16 noyabr tarixində Los-Anjelesdə keçirilən avtosalonda baş tutacaqdır. Bu avtosalonda yeni model Edition 1 təchizat səviyyəsində nümayiş etdiriləcəkdir.

«Bərkgedən» avtomobilin satışları gələn ilin martında başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt