Mercedes-Benz şirkəti rəsmi olaraq hazırladığı 1000 at qüvvəli hibrid hiperkarının adını açıqlamışdır. 2016-cı ilin Mercedes-AMG W07 Hybrid Formula 1 bolidinin mühərriki ilə təchiz ediləcək hiperkar Project One («Lahiyə 1») adını alacaqdır. Bu barədə alman istehsalçısının rəsmi saytında məlumat verilmişdir.

Yeni avtomobilin qısa təsvirində alman istehsalçısı bir daha hiperkarın Formula 1 mühərriki ilə təchiz ediləcəyini təsdıq etmişdir. Bundan başqa, qısa bəyanatda hiperkar  «nə vaxtsa yollarda peyda olan ən həyəcanverici ikiyerli avtomobil» kimi xarakterizə edilmişdir. Saytda eyni zamanda avtomobilin arxa hissəsi görüntüsü olan tizeri də dərc edilmişdir. Hibrid güc aqreqatının tərkibinə 1,6-litrlik V6 turbomühərriki, bir elektromotor və dartma qüvvəsinin bölüşdürülməsi qabaqcıl funksiyasına malik olan tam ötürməli sistem daxil olacaqdır.

Böyük ehtimalla F1 mühərriki arxa təkərlərin hərəkətə gətirilməsinə cavabdeh olacaqdırlar. Ön tərəfdə yerləşəcək elektrik mühərriki isə, öz növbəsinə ön təkərləri hərəkətə gətirəcəkdir. Mercedes-AMG Project One hiperkarı 2017-ci ilin ikinci yarısında təqdim edilməlidir. Çox güman ki, hiperkar bu ilin sentyabrıda Frankfurta keçiriləcək avtomobil sərgisində nümayiş etdiriləcəkdir. Eyni zamanda, AMG bölməsi özünün 50 illik yubileyini qeyd etmiş olacaqdır. Hiperkarın ehtimal olunan qiyməti 2,4 milyon avro olmalıdır. Əvvəllər hiperkarın bütün tirajının satıldığı bildirilmişdir.