Mercedes-Benz şirkətinin səhmdarları üçün təşkil edilmiş yarımillik hesabat konsfrasında, gələn il buraxılması nəzərdə tutulan yeni modellərin təqdimat planı açıqlanıb. Söhbət avtomobillərin bazara çıxarılması zamanından gedir, çünki bu planda göstərilən modellərin bir neçəsi artıq təqdim edilib.
Bunlara misal olaraq, yenilənmiş Mercedes-Benz S-Class kupe və kabrioletini, GLC Fuel Cell krossoverini və X-Class pikapını göstərmək olar. Beləliklə, gələn ilin yazında Mercedes-Benz CLS dördqapılı kupesinin üçüncü nəsli bazara çıxarılacaqdır. İlkin məlumata görə, yeni model bu ilin noyabrında təqdim edilməlidir. Effektiv sedan ənənəvi olaraq Mercedes-Benz E-Class modelinin bazasında yaradılır.
Yeri gəlmişkən, CLS Shooting Brake modelinin yeni variantını gözləməyə dəyməz - modelə olan cüzi tələbat, istehsalçını onu ixtisara salmağa məcbur edib.
Gələn ilin payızında oxşar formatda olan digər avtomobilin buraxılacağı da plandan aydın görünür – bu dördqapılı Mercedes-AMG modeli olacaqdır. Avtomobilin təqdimatı, ilin əvvəlində işinə başlayacaq Detroyt avtosalonunda keçiriləcəkdir.
Bir müddət bundan əvvəl, alman istehsalçısı Mercedes-AMG GT Concept modelini nümayiş etdirərək, gələcək avtomobilin dizaynı barədə məlumat vermişdi.
Liftbek kuzovuna malik olacaq Mercedes-AMG modeli Porsche Panamera modelinə rəqib olmalıdır. “Qaynar” modelləri istehsal edən bölmənin dördqapılı kupesi Mercedes-AMG GT deyil, Mercedes-Benz E-Class modelinin bazasında inşa ediləcəkdir.
2018-ci ilin yazında yığcam A-Class modelinin dördüncü nəsli satışa çıxarılacaqdır. Bu dəfə avtomobil hetçbek kuzovu ilə deyil, sedan kuzovu ilə debüt edəcəkdir. Üstəlik, yığcam sedanın uzun bazalı modifikasiyası da olacaqdır! Çox güman ki, bu sedan Çin bazarı üçün nəzərdə tutulmuşdur. Lakin, A-Class, gələn il istehsala gedəcək yeganə uzun bazalı Mercedes modeli olmayacaqdır. Mercedes-Benz GLC modeli də uzun bazalı modifikasiyaya sahib olacaq.
Eyni zamanda, gələn il Mercedes-Benz C-Class və əfsanəvi G-Class ofroderinin də yenilənmiş variantları işıq üzü görəcəkdir. Bu o deməkdir ki, tam yeni G-Class modelini 2019-u ildə gözləmək lazımdır.