Mercedes-Benz şirkəti Şanxayda keçirilən avtosalonda Concept A Sedan adlı prototipi nümayiş etdirmişdir. Yeni konsept alman markasının gələcək yığcam modelləri haqqında təssəvvür yaratmaqla vəzifələndirilmişdir.
Adından da göründüyü kimi, yeni prototip Mercedes-Benz A-Class modelinin növbəti nəslinin carçısıdı. Prototipin qabarit uzunluğu 4569 millimetr, eni – 1869 millimetr, hündürlüyü isə 1463 millimetr təşkil edir. İlk dəfə konsept-karın dizayn elementlərini Aesthetics A heykəlində nümayiş etdirmişdilər.
Təsvirlərdən də göründüyü kimi, gələcək Mercedes-Benz modelləri köndələn iri xəttləri olan kapota, çox qısa kuzov çıxışlarına və AMG GT R modelindəkinə bənzər şaquli xəttləri olan radiator barmaqlığına malik olacaqdırlar. Eyni zamanda, istehsalçı prototipin güc qurğusu barədə məlumat verməmişdir.
Növbəti məsil Mercedes-Benz A-Class modeli MFA modul platformasında yığılacaq və Audi A3 ilə BMW 1-Series modellərinin dördqapılı modifikasiyaları ilə rəqabət aparacaqdır. Bu şassinin əsasında yaradılmış ailənin tərkibinə krossover də daxil olacaqdır. Yeni krossover ölçülərinə görə B-Class modelinə yaxın olacaqdır. Bu krossover model cərgəsində GLA modelindən bir pillə yuxarıda qərarlaşacaqdır.
Mercedes-Benz A-Class modelinin yeni nəsli gələn il işıq üçü görməlidir.