Alman brendi altıncı nəsil E-Class modelinin ayrı-ayrı elementlərini nümayiş etdirən tizerlərdən sonra, model xəttindəki ən populyar modellərdən birinin yeni nəslinin təqdimatına hazırlaşır. W214 indeksli yeni sedan alman brendinin bütün müasir avtomobillərinin üslubunda dizayna malik olacaqdır.
Buna baxmayaraq, kuzovun dizaynı hələ də sirr olaraq qalır - növbəti tizerdə yenilik yalnız profildən göstərilib. Xatırladaq ki, yeni modelin interyeri üzərindəki sirr pərdəsi tamamilə götürülüb, ona görə də, rəsmi təqdimat zamanı sedanın yalnız eksteryeri və texniki xüsusiyyətləri açıqlanacaqdır.
Yeni nəsil E-Class sedanının brendin müasir elektromobillərinin üslubunda interyerə malik olacağı, bir neçə ekranı olan MBUX Superscreen multimedia sistemi ilə təchiz ediləcəyi artıq məlumdur. Bənzər tərtibatdan EQ ailəsinin modellərində istifadə olunur, bununla belə, yeni C-Class və S-Class isə mərkəzi konsoldakı şaquli ekrana malikdirlər.
Kuzova gəlincə, modelin xarakterik optikanı saxlayacağı gözlənilir, lakin qalan hallarda o, bütün müasir Mercedes-Benz modellərinin üslubunda formaya malik olacaqdır. Texniki xüsusiyyətlərə gəlincə, bütün modifikasiyaların 48 voltluq üstqurumu olan “mülayim” hibrid güc qurğuları ilə təchiz ediləcəklərini əminliklə söyləmək olar.
Yeni Mercedes-Benz E-Class modelinin rəsmi təqdimatı aprelin 25-də baş tutacaq və onlayn rejimdə keçiriləcəkdir. Tədbir zamanı ən azı sedanın nümayiş etdiriləcəyi gözlənilir, lakin yeni Estate universalının debütü də istisna olunmur.
Bir müddət sonra yükəsk klirensli Estate All-Terrain versiyası debüt etməlidir. Yeni nəsildə kupe və kabriolet olmayacaqdır - onlar üçün ayrıca CLE ailəsini təsis ediləcəkdir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.