Almaniyanın əmn məşhur avtomobil istehsalçılarından olan Mercedes-Benz şirkəti, təqdimatı Detroyt avtomobil sərgisində keçiriləcək E-Klasse avtomobilinin iç məkanının fotoşəkillərini və videosunu rəsmi olaraq dərc etmişdir. Mahiyyətcə, nədən ilk təqdimat məkanının məhz Amerika Birləşmiş Ştatlarının seçildiyi məlumdur - şimali amerika bazarı bir çox avtomobil istehsalçıları üçün xüsusi əhəmiyyət kəsb edir. Satışların ən yüksək səviyyədə olan amerika bazarı Çin və Avropa kimi bazarları üstələyir.

Bir çox avtomobil istehsalcıları bu sərgiyə ən vacib premyeraları ilə gəlirlər. Mercedes-Benz şirkəti də yeni nəsl E-Klasse modelinin təqdimatını məhz Detroyt sərgisinə saxlamışdır. Qeyd etmək lazımdır ki, yeni nəsl E-Klasse modeli hər zahirən, həm də daxilən böyük dəyilikliklərə məruz qalmışdır. Aıman şirkəti ilk olaraq yeni avtomobilin iç məkanını təqdim etməsinə baxmayaraq, onun zahirinin necə olacağını indidən proqnozlaşdırmaq mümkündür. Bunun üçün alman şirkətinin son modellərindəki dizayn meyllərinə baxmaq kifayətdir ki, gələcək E-Klasse’ın xarici görünüşünü göz önünə gəturəsiniz. Yeni avtomobil ilk növbədə istehsalçının flaqman modeli olan S-Klasse avtomobilinə bənzəyəcəkdir. Sadəcə olaraq ön işıq texnikasında və bamperlərdə bir qədər fərq olmalıdır.

İç məkana gəldikdə isə, ilk növbədə ən çox diqqət cəlb edən, yeni cihazlar panelinin və multimediya sisteminin bir şüşə altında yerləşdirilmiş iki ədəd 12,3-düymlük və 1920x720 piksel icazəli  displeylərdir. Bir çoxları sual edə bilərlər ki, bəs S-Klasse’də bunu müşahidə etmək olar, lakin flaqmanda iki displey arasında bir neçə ədəd idarəetmə düymələri yerləşdirilmişdir.  E-Klasse’də isə bu düymələr mövcud deyil.

Yenilik təkcə displey sayında və yerləşməsində deyil, həmçinin onun funksionallığındadır. Belə ki, yeni rəqəmsal cihazlar panelinin üç növ tərtibat forması mümkündür:  Classic (Klassik), Sport və Progressive (Proqressiv). 

Birinci halda biz hər bir actomobildə rast gəlinən spidometr, taxometr və onların arasında yerləşdirilmiş yanacaq sərfiyyatını, yürüşü və digər göstəriciləri göstərən displeydən ibarət olan ənənəvi cihazlar panelini görə bilərik. Sport rejimində isə tərtibat dəyişilməz qalsa da, şkala və rəqəmlərın ölçüsü böyüyük, rəng çaları isə qirmızı-sarı rəngə çevrilir.

Progressive rejimində cihazlar panelində içərisində sürət göstəricisi olan iri taxometr, onun ətrafında isə çox sayda məlumat olan bölümlər yerləşir. İlk anlarda bu tərtibat bir qədər qarışıq və çətin görünə bilər, lakin vaxt keçdikcə sürücünün buna alışması mümkündür. Ən başlıcası - bu rejim vasitəsi ilə sərnişinləri təəccübləndirmək olar.

Multimediya displeyinin şüşə altıda olmasını onun touch-screen funksiyasında məhrum olması deməkdir. Comand multimediya sistemindən istifadə etmək ümün qabaq oturacaqların arasında yerləşən coystik və taçpad vasitəsi ilə də etmək olar, lakin almanlar E-Klasse həvəskarlarına sürpriz hazırlamışdırlar - dünyada ilk dəfə olaraq avtomobil sükanına iki ədəd taçpad yerləşdirilmişdir.

Bu taçpadlar vasitəsi ilə, əlləri sükandan ayırmamaq şərti ilə, multimediya sistemini sərbəst şəkildə idarə etmək mümkündür. Taçpadlar smartfonların displeylərindən də həssasdır və hər bir barmaq hərəkətini tez və düzgün yerinə yetirə bilir.

Əlbəttə ki, avtomobilin iç məkanın tərtibatı zamanı daha yüksək kefiyyətli və şıq materiallardan istifadə edilir.

Misal olaraq, tərtibat üçün yüksək kefiyyətli əsl dəridən, pardaxlanmamış şpondan, laklanmış fakturalı xəttləri olan taxtadan və hətta hörmə metaldan da istifadə oluna bilər.  

Yeni avtomobilin oturacaqlarından saatlarla danışmaq olar. Mebel incəsənətinin parlaq nümunəsi ilan bu oturacaqlar çoz sayda üsünlüklərə malikdirlər. Misal olaraq, oturacaqlar 8 növ massaj proqramı ilə təchiz eduilmişlər. Bunların sırasında isti daşlarla massaj effekti verən, və yaxud idman yürüyüşü təsirini yaradan massaj funksiyalarını da qeyd etmək olar. Əlbəttə, bütün bunlar əlavə ödəniş tələb edir.

Bundan əlavə, bonus şəklində interyerin işıqlandırılmasının 64 rəngi olan xüsusi funkasiyanı da göstərmək olar ki, bu zaman nəinki rəng seçimi etmək olar, hətta işıqlanmanın parlaqlığını da sərbəst şəkiləd təyin etmək mümkündür.

Yeni nəsl E-Klasse həmçinin yüksək kefiyyətli Burmeister High-End 3D-Surround-Soundsystem audiosistemi ilə təchiz oluna bilər.  1450 vatt gücə malik olan audiosistem şüşəli parçadan ibarət membranaları olan 23 ədəd dinamikdən ibarətdir. Bunlardan bir neçəsi, konsert zalı effektini yaratmaq üçün tavanda yerləşdirlir. Bu sistemin qiyməti bir orta sinif büdcə avtomobilinin dəyərəindədir, lakim Mercedes-Benz daha ucuz variantlar da nəzərdə tutmuşdur.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt