Mercedes-Benz şirkəti artıq yeni S-Class modelinin ilk rəsmi tizerini dərc edərək, mühərrik çeşidi və altı displeyə sahib yeni nəsil MBUX multimedia sistemi haqqında danışıb. Bu güm alman istehsalçısı ənənəni davam etdirərək yeni flaqman sedanının şassisi, E-Active Body Control sistemi və passiv təhlükəsizlik sistemləri haqqında məlumatla bölüşüb.
Nəsil dəyişikliyi ilə birlikdə S-Class modelini dönən arxa təkərlər ilə sifariş etmək mümkün olacaqdır. Üstəlik, alman istehsalçısı iki variantdan birini seçməyi təklif edir: birinci halda, elektrik aktuatorları arxa təkərləri 4,5 dərəcəyə qədər, ikinci halda isə 10 dərəcəyə qədər döndərirlər.
Bu, həqiqətən böyük bir kəmiyyətdir və nəticədə dönüş dairəsi iki metrə endirilib: hətta uzunbazalı versiya diametri 11 metrdən az olan məkanda geriyə dönə bilər! Eyni zamanda, 60 km/saat üzrəindəki sürətlərdə arxa təkərlər əks istiqamətdə deyil, ön təkərlər ilə eyni istiqamətdə dönür ki, bu da döngələrdə dayanıqlığı artırmağa xidmət edir.
Yeniliklər siyahısında 48 voltluq elektrik şəbəkəsindən çalışan və hər təkəri ayrıca idarə edə bilən E-Active Body Control aktiv hidropnevmatik asqı sistemi də vardır. Əvvəllər belə asqı sistemi GLE və GLS krossoverlərinin opsiyalar siyahısına daxil edilmişdi.
Aktiv asqı təkcə kuzovun yana əyilmələrinin qarşısını almır, o həm də təkərlərin yuvarlandığı relyefi nəzərə alaraq kuzovun vəziyyətini əvvəlcədən tənzimləyir. Bununla yanaşı, sistem yeni sedanda yalnız rahatlığa cavabdeh deyil: Pre-Safe Impulse Side kompleksi ilə birlikdə, yandan toqquşma təhlükəsi aşkar edildikdə, toqquşmaya bir saniyə qalmış sistem kuzovu qaldırır və beləliklə sərnişinlərin yaralanması riskini azaldır.
Xatırladaq ki, belə bir funksiya və tam idarələnən şassi üç il əvvəl Audi A8 modelində peyda olub.
Bununla belə, yeni nəslin S-Class modeli ikinci sıradakı sərnişinlər üçün ön təhlükəsizlik yastıqları ilə təchiz ediləcəkdir. Yastıqlar ön oturacaqların arxa hissəsinə inteqrasiya olunurlar. Elektronika hətta zərbədən sonra, yastıqlardakı təzyiqi saxlayaraq sərnişinləri növbəti zərbələrdən qoruyur.
Bu yastıqlara əlavə olaraq ön oturacaqların arasında yerləşən mərkəzi hava yastığı da təklif ediləcəkdir: bu yastıq yan toqquşma zamanı açılır və sürücü ilə ön sərnişinin başlarının bir-birinə dəyməsinin qarşısını alır.
Bir müddət bundan öncə, alman istehsalçısı yeni flaqmanın təchiz edildiyi tamamlanmış reaalıq texnologiyası ilə təchiz edilmiş proyeksiya displeyini nümayiş etdirib.
Mercedes-Benz şirkəti yeni S-Class sedanı ilə bağlı növbəti məlumatı avqust ayının 12-si tarixində təqdim edəcəkdir. İlkin məlumata görə, avtomobilin iç hissəsi yalnız qismən aşkarlanacaq.