Yeni Mercedes-Benz S-Class modeli maşın təlimi texnologiyalarından istifadə edən ikinci nəsil MBUX (Mercedes-Benz User Experience) multimedia kompleksi alan ilk avtomobil olacaqdır. Şirkət kompleksin idarəedilməsini daha da asanlaşdırıb, şəxsi profillərin yadda saxlanılması imkanını tətbiq edib, həmçinin çoxlu sayda fiziki düymələrdən imtina edib.
MBUX sisteminin əsas yeniliyi ayrı yerləşən rəqəmsal cihazlar paneli və multimedia sisteminin displeyidir. Mərkəzi ekran indi dörd təsvir rejimini təklif edir, portret istiqamətləndirilməsinə malikdir. Əlavə ödəniş ilə OLED texnologiyasından istifadə edilərək yaradılmış displeyi də sifariş etmək olar. Üstəlik, OLED displey toxunmaya titrəyiş ilə cavab da verir.
Virtual cihazlar paneli artıq 3D effektləri olan qrafikanı dəstəkləyir - bunun üçün xüsusi eynək lazım deyil. Arxa cərgədə üç displey quraşdırmaq və onlarda əks olunan kontenti digər sərnişinlər ilə bölüşmək mümkündür.
Yeni MBUX sistemi sürücünü səsinə, barmaq izinə və ya sifətinə görə identifikasiya edə bilər. Bortdakı sistemində artıq yeddi profili yadda saxlamaq mümkündür. Bu profilləri hər bir oturacaq üçün yükləmək və ya yeni bir avtomobildə istifadə etmək olar. Bununla brilikdə, bəzi parametrləri firma tətbiqindən istifadə edərək məsafədən təyin etmək mümkündür.
Bundan başqa, 20-yə qədər hərəkəti tanıyan Interior Assist sisteminin imkanları da genişlənib. Yardımçı sürücünü ön oturacaqdakı bərkidilməmiş uşaq kreslosu və qapının təhlükəli açılması barədə xəbərdarlıq edəcəkdir. Əlavə olaraq, sistem sürücünün bədən quruluşundan asılı olaraq oturacaqların və güzgülərin vəziyyətini tənzimləyəcəkdir. Yeni Mercedes-Benz S-Class sedanının panoram damın bir hissəsini açmaq üçün əli hərəkəti ilə işarə etmək kifayətdir; Pəncərələrin pərdələrini endirmək üçün isə çiyin tərəfə baxmaq gərəkdir.
Səs köməkçisi indi 27 dili başa düşür, dolayı istəkləri (məsələn, “mənə soyuqdur”) tanıyır və hətta ümumi suallara cavab da verir. Bundan əlavə, onun köməyi ilə ağıllı ev sistemlərini idarə etmək mümkündür.
Yeni Mercedes-Benz S-Class modeli üçün iki növ proyeksiya displeyi təklif olunur. Onlardan biri tamamlanmış reallığı dəstəkləyir. Ön paneldəki düymələrin sayı azaldılıb (27 ədəd), klimat kontrolun idarəetmə bloku tamamilə rəqəmsal olub və mərkəzi displeyin aşağı hissəsində yerləşir.
Yeni nəsil Mercedes-Benz S-Class modeli barədə növbəti məlumat 29 iyulda təqdim. ediləcəkdir. Həmin gün yeni sedanın təhlükəsizlik sistemləri və rahatlığı barədə məlumat veriləcəkdir. 12 avqust tarixində isə, sedanın dəbdəbəli interyer barədə danışalacaqdır.