Mercedes-Benz şirkəti 2016-cı ili yeni E-Class modelinin tizerini yaymaqla başladı. Alman şirkəti üçün vacib sayılan bu avtomobilin zavoddaxili şifrəsi W213 olaraq bilinir. Tizerdə görünən avtomobil, adi E-Class modelindən daha çox CLS-Class (gələcəkdə çox güman ki, CLE adlanacaq) modelini xatırladan cizgilər ilə seçilir. Cəsus foto və video materiallarında seyr etdiyimiz E-Class'ın zahiri görkəmi hamar xəttlərə malikdir və daha çox C- və S-Class modelləri ilə bənzərlik nümayiş etdirir. Sketçdə gördüyümüz avtomobil isə, dördqapılı kupelərlə məxsus olan alçaq dama və iti cizgilərə malikdir.
Bildiyimiz kimi, yeni E-Class «emosional dizayn» ilə bərabər, çox sayda yüksək texnologiyalar ilə təchiz ediləcəkdir. Buna misal olaraq, bir qədər əvvəl avtomobilin İç məkanı haqqında dərc edilmiş məlumatı göstərmək olar.
Belə yeniliklərdən biri, yeni cihazlar panelinin və multimediya sisteminin bir şüşə altında yerləşdirilmiş iki ədəd 12,3-düymlük və 1920x720 piksel icazəli displeylərdir.
Bundan əlavə, bu günlərdə Mercedes-Benz, yeni avtomobilin ön fənərlərini nümayiş etdirən «The new E-Class - Coming Home Light (short version)» adlı videoçarx da yayıb. Avtomobilin ilk nümayişi yanvar ayının 11-də Detroyt avtomobil sərgisində (NAIAS) baş tutmalıdır.