Mercedes-Benz şirkəti 2017-ci ildə işıq üzü görəcək C-Class modelinin yenilənmiş variantının sınaqlarına başlamışdır. Yenilənmiş avtomobilin kamuflyajsız ilk cəsus fotoşəkillərini Motor1.com saytı dərc etmişdir. Şəkillərdən göründüyü kimi, yenilənmiş C-Class modeli, bir müddət bundan əvvəl təqdim olunmuş Mercede-Benz E-Class avtomobilinin ön fənərlərinə bənzəyən qabaq işıq texnikası əldə edəcəkdir. Bundan əlavə, avtomobil yeni formalı havalandırma girişləri olan dəyişdirilmiş ön bamperlə təchiz ediləcəkdir. Çox güman ki, avtomobilin mühərriklər çeşidində ciddi dəyişiklik olmayacaqdır.

Hal-hazırda alman şirkətinin Azərbaycandakı nümayəndəliyi avtomobilin baza variantı olan Mercedes-Benz C160 modelini 57 min manatdan başlayan qiymətlə təklif edir. Bu avtomobil 129 at qüvvəli 1,6-litrlik dörd silindirli mühərriklə təchiz edilir. Bundan başqa, təklif edilən avtomobilin mühərriklər çeşidinə 184 və 211 at qüvvəsi gücü olan 2,0-litrlik benzin mühərriki, 367 at qüvvəsi gücü olan 3,0-litrlik V6 güc aqreqatı və 204 at qüvvəli 2,1-litrlik dizel mühərriki daxildir.

Avtomobilin «bərkgedən» variantları olan Mercedes-AMG C63/C63 S 4Matic modelləri, 476 və 510 at qüvvəsinə malik olan 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt