Mercedes konserni DTM çempionatındakı son mövsümdə alman istehsalçısını təmsil edəcək pilotlar tərkibini açıqlayıb.
Hələlik dörd pilotun adı açıqlanıb. Bunlar Ştutqart istehsalçısının komandasında qalan Qəri Paffett, Pol di Resta, Edoardo Mortara və Lukas Auerdir. 2017-ci il mövsümü tamamlandıqdan sonra iki pilot Ştutqart komandasını tərk edib. Kanadalı Robert Uikkens IndyCar-a keçib, Maro Engel is diqqətini Formula E və GT seriyasında cəmləməyə üstünlük verib.
Onları əvəz edəcək pilotların adı sonradan açıqlanacaqdır, lakin hesab edilir ki, onlardan biri F1-də iki mövsüm keçirmiş 2015-ci ilin DTM çempionu Paskal Verlyayn olacaqdır. İkinci vakansiyaya Daniel Hunkandelya və Maksimilian Günter namizəddir. Xatırladaq ki, Daniel Hunkandelya əvvəllər Ştutqart istehsalçısını DTM çempionatında təmsil edib.