On iki ədəd Mercedes-Benz markalı ofroderdən ibarət avtomobillər qrupu Böyük Briytaniyanın Şimali Şotlandiya dağlıq regionunun şərq sahilindən qərb sahilinə kimi olan ərazini ümumi yollardan istifadə etməyərək qət etmişdirlər. Avtomobillər yalnız yolsuzluqda hərəkət etmişdirlər.
Avtomobillər qrupunun tərkibinə səkkiz ədəd G-Class, üç ədəd GLS və bir ədəd GLE modelləri daxil olmuşdur.
Marşrutun ümumi uzunluğu 65 mil etmişdir ki, bu da kilometr ekvivalentində təxminən 104 kilometr edir.
Bu marşrutu qət etməyə qrup iki gün sərf etmişdir.
Mercedes-Benz nümayəndələri bu səfər üçün modellərin yolsiuzluq şinləri ilə təchiz edilmiş standart variantlarının istifadə edildiyini bildirmişdir.