Artıq xəbər verdiyimiz kimi, Mercedes-Benz şirkəti açıqladığı yeni inkoşaf strategiyası çərçivəsində Mercedes-Maybach EQS SUV krossoverini buraxmağı planlaşdırır. Bununıa birlikdə, dəbdəbəli “yaşıl” krossoverin nə vaxt işıq üzü görəcəyi barədə məlumat verilməyib. Qeyd etmək gərəkdir ki, EQS krossoverinin dəbdəbəli versiyasından öncə, onun adi versiyası debüt etməlidir. İlkin məlumatlara görə, gələcək Mercedes-Benz EQS krossoveri gələn il debüt etməlidir.

Hələlik isə, alman istehsalçısı Mercedes-Maybach EQS SUV modelinin tizeini dərc etməklə kifayətlənib. Tizerdə krossoverin arxa tərəfinin bir hissəsi nümayiş etdirilir. İki rəngə boyanmış kuzov və arxa dayaqdakı emblem avtomobilin Maybach subbrendinə aid olduğunu təsdiqləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin texniki hissəsi barədə məlumat verilməsə də, onun texniki “içalatı” EQS sedanı ilə bölüşdürəcəyini ehtimal etmək olar. Əgər ehtimallar doğrudursa, EQS SUV krossoverini iki elektrik mühərriki hərəkətə gətirəcəyini söyləmək olar. Çox güman ki, Mercedes-Maybach EQS SUV krossoveri hazırda sınaqdan keçirilən “bərkgedən” Mercedes-AMG EQS sedanının təchiz ediləcəyi 761 at qüvvəli güc qurğusunu əldə edəcəkdir. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.