Dünən Mercedes-Benz şirkətinin maraqlı bir avtomobil hazırladığını bildirmişdik. Xəbərin üstündən bir gün keçməmiş bu avtomobilin fotoşəkilləri internet məkanında yayılmışdır. Sirli yeni ofroder nadir landole kuzovlu G-Class modelidir.

Ofroderin təqdimatından çəkilmiş video və fotoşəkillər Rusiyanın Auto.mail.ru saytı tərəfindən yayılmışdır. Çox güman ki,avtomobilin təqdimat mərasimində Rusiyadan olan müştərilər də dəvət edilmişdirlər. Sirr deyildir ki, rusiyalılar belə ofroderlərin əsl xiridarı sayılırlar. Mercedes-Maybach G 650 Landaulet aqdını almış ofroderin təqdimat mərasimi Cənubi Afrika Respublikasında keçirilmişdir.

Bu təqdimatdan çəkilmiş fotoşəkillər anında internet şəbəkəsində dərc edilmişdir.  Ehtimal edildiyi kimi, yeni ofroder portal körpüləri, güclü əyləc mexanizmləri və diffrensialların üç qapanması ilə təchiz edilmiş Mercedes-Benz G 500 4X4² modelinin bazasında yaradılmışdır.  Lakin, bazasında yaradılmış ofroderdən fərqli olaraq yeni avtomobil rahatlığı təmin edən asma sistemi ilə təchiz edilmişdir.

Unikal Mercedes-Maybach G 650 Landaulet modeli 630 at qüvvəsi gücü olan 6,0-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir. Qeyd etmək lazımdır ki, bənzər mühərrik Mercedes-AMG G65 modelinin kapotu altında yerləşdirilmişdir. “Bərkgedən kərpic” 100 km/saat sürətini 5,3 saniyəyə toplayır. Bununla belə, Mercedes-Maybach G 650 Landaulet modelinin dinamik xarakteristikaları açıqlanmamışdır. Yeni ofroderin rəsmi təqdimat mərasimi üzümüzə gələn mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır. 99 nüsxədən ibarət məhdud sayda buraxılacaq avtomobilin dəyəri 300 – 400 min avro arasında olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt