99 nüsxəlik Mercedes-Maybach G650 Landaulet modelinin son satılmamış nüsxəsi Bonhams hərrac evi tərəfindən satışa çıxarılacaqdır. Satışdan əldə edilən vəsait, Laurens Sport for Good adlı uşaq zorakılığı və diskriminasiyası ilə mübarizə fondunun fəaliyyətini dəstəkləmək üçün yönəldiləcəkdir. Ehtimallara görə, ofroder 630 min avroya satılacaqdır. Bu məbləği istehsalçı qalan 98 ədəd üçün tələb edibmiş.
“Lando” kuzovlu ofroder Mercedes-Benz G 500 4x4² modelinin bazasında yaradılmışdır. Bu dəbdəbəli ofroderin portal körpülər və bütün differensialların qapanması ilə təchiz edildiyidən xəbər verir. Mercedes-Maybach G 650 Landaulet ofroderinin klirensi 450 millimetrə bərabərdir. Avtomobilin təkər bazasının uzunluğu 3428 millimetrdir ki, bu da Mercedes-Benz G-Class modelinin standart variantında olduğundan 578 millimetr daha uzundur.
İlk Maybach ofroderi Mercedes-AMG bölməsinin məhsulu olan V12 mühərriki ilə hərəkətə gəlir. 6,0-litrlik mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edir. Mercedes-Maybach G 650 Landaulet modelinin ilk kütləvi təqdimat mərasimi mart ayında keçirilmiş 87-ci Beynəlxalq Cenevrə avtosalonunda baş tutmuşdur. Mercedes-Maybach G 650 Landaulet ofroderinin istehsalı Magna Steyr şirkətinin Avstriyadakı müəssisəsində aparılır.