Xatırladaq ki,bir müddət bundan əvvəl Mercedes-Benz şirkəti dəbdəbəli Mercedes-Maybach GLS krossoverini 21 noyabr tarixində təqdim edəcəyini bildirmişdi. Sabahkı təqdimatı dəbdəbəli Maybach həvəskarlarına xatırlatmaq üçün alman istehsalçısı modelin ilk tizerini dərc edib.
Dəbdəbəli ofrouderin tərtibatında sürprizləri gözləmək lazım deyil – ofrouderin çoxsaylı cəsus şəkilləri kuzovdakı yeniliklərin kosmetik xarakter daşıyacağından xəbər verir. İnteryerə gəldikdə isə, buradakı dəyişikliklər daha geniş xarakter daşıyacaqdır. Dəbdəbəli bayraqdar ofrouderinin yaradıcılarına onun 200 min dollardan başlayan qiymətinə haqq qazandırmaq üçün möhkəm işləməlidirlər. Şayiələr görə, ABŞ-da istehsal edilən seriya modelləri arasında ən bahalı avtomobil olacaq ofrouderə məhz belə qiymət qoyulubdur.
Ofrouderin Maybach markasının fəlsəfəsinə uyğun olaraq “ən qabaqcıl texnologiyalara və müstəsna rahatlığa” malik olacağı vəd edilib. Bundan başqa, arxa cərgənin sərnişinlərinin nadir genişliyə malik olan məkan ilə təmin ediləcəyi də söylənilir. Çox güman ki, onlar üçün fərdi “kapitan” kresloları təklif ediləcəkdir.
Bundan başqa, Mercedes-Benz dəbdəbəli krossover üçün xüsusi ətiri hazırlayıb. Salonda ətirin daima saxlanmasına klimat-kontrol sistemi acavbdeh olacaqdır. Mercedes-Maybach GLS-Class modeli gələn il satışa çıxacaqdır. Dəbdəbəli Maybach ofrouderi Daimler konserninin Alabamadakı zavodunda yığılacaqdır.