Alman istehsalçısı özünün ən dəbdəbəli flaqman krossoveri - Mercedes-Maybach GLS modelini növbəti dəfə yeniləyib. Model artıq GLS 680 indeksini daşısa da, ən əhəmiyyətli dəyişikliklər mühərrikdən daha çox interyerdə cəmlənib.

Ön panel boyunca uzanan yeni MBUX Superscreen sistemi üç 12,3 düymlük ekrandan ibarətdir: rəqəmsal cihazlar paneli, mərkəzi multimedia ekranı və ön sərnişin üçün ayrıca displey. Yenilənmiş əməliyyat sistemi isə ChatGPT, GoogleMicrosoft texnologiyalarından istifadə edən süni intellekt əsaslı virtual köməkçi ilə təchiz edilib.

Arxa sərnişinlər üçün komfort daha da artırılıb. Burada iki 11,6 düymlük multimedia ekranı, toxunma panelləri, Executive Seat oturacaqları, təkmilləşdirilmiş masaj funksiyası, o cümlədən ayaqlar üçün masaj sistemi, həmçinin soyudulan bölmə və qatlanan masalar təklif olunur. Yenilənmiş Burmester 3D audio sistemi artıq Dolby Atmos dəstəyi, 15 dinamik və 710 vatt gücündə yeni gücləndirici ilə təchiz edilir.

Mercedes-Maybach həmçinin səs izolyasiyasını yaxşılaşdırıb, klimat-kontrol sisteminə yeni yüksək səmərəli hava filtri əlavə edib. Habelə alman istehsalçısı  MANUFAKTUR proqramı çərçivəsində eksklüziv dəri, ağac və rəng kombinasiyalarının seçimini genişləndirib. Beləliklə, salon əvvəlkindən daha fərdiləşdirilmiş və daha dəbdəbəli görünür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissədə isə yenilənmiş 4,0 litrlik V8 biturbo mühərrik (611 at qüvvəsi, 840 Nm) 48 voltluq yumşaq hibrid system (+23 at qüvvəsi) ilə birlikdə çalışır. Modelin adı GLS 600-dən GLS 680-ə dəyişsə də, Mercedes-Maybach bu yenilənmə ilə bir daha göstərir ki, bu avtomobildə əsas prioritet yüksək performans deyil, arxa oturacaqdan başlayan dəbdəbə və komfortdur.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.