Mercedes-Benz şirkəti özünün model xəttində olan ən uzun modelinin yenilənmiş variantını təqdim edib. Mercedes-Maybach Pullman modeli Mercedes-Maybach S-Class modelindən alınmış radiator barmaqlığına və interyerin yeni rəng həllərinə sahib olub.
Şaquli xəttlərə malik olan radiator barmaqlığı nazik zolaqları olan klassik kostyumu xatırlatmalıdır. İlk dəfə belə dizayn üslubunu istehsalçı Vision Mercedes-Maybach 6 konseptində tətbiq edib.
Ən bahalı Maybach modeli 10 deşiyi olan 20-düymlük təkər diskləri və kuzovun opsional ikirəngli sxemi ilə seçilir. 6,5-metrlik limuzinin salonunun tərtibatı üçün üç rəng sxemi təklif edilir: boz, tünd-qəhvəyi və açıq-qəhvəyinin mavi ilə vəhdəti. Elektrik arakəsmə ilə təchiz edilən sərnişin bölümü dörd fərdi oturacağa malikdir.
Limuzinin təchizatına ön kameradan isifadə etməyə imkan verən displey, həmçinin iki səs zonası yaradaraq ikinci və üçüncü cərgənin sərnişinlərinə müxtəlif musiqiyə qulaq asmaq imkanı verən audiosistem daxildir.
Mercedes-Maybach Pullman modeli 630 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir.
Limuzin 100 km/saat sürətini 6,5 saniyəyə toplayır. Fevral ayında Mercedes-Benz şirkəti yenilənmiş Mercedes-Maybach S-Class modelini təqdim edib. Sedan Vision Mercedes-Maybach 6 konseptinin üslubunda olan radiator barmaqlığına və ikirəngli sxema sahib olub. Cenevrə avtosalonunda alman istehsalçısı bu model üçün nəzərdə tutulan səfər dəstini təqdim edib.
Dəstin tərkibinə yüksək keyfiyyətli dəridən hazırlanmış çantalar, eynək, brelok və ayaqqabı daşımaq üçün çanta daxildir.