Mercedes-Benz şirkəti Amerika Birləşmiş Ştatları üçün Mercedes-Maybach S 650 sedanının Night Edition adlı eksklüziv versiyasını hazırlayıb. Mercedes-Maybach S 650 Night Edition versiyası yalnız 2020 model ilindən olan sedanlar üçün əlçatandır və 15 nüsxəlik tirajla istehsal ediləcəkdir. “Gecə” seiyasından olan sedan adi S 650 modelindən karbondan hazırlanmış dekorativ elementləri və 242.950 dollarlıq qiyməti ilə fərqlənir.
Mercedes-Maybach S 650 Night Edition sedanının vizual olaraq fərqləndirən ön və arxa tərəfdədəki quraşdırılmış elementlər, qara rəngli 20-düymlük təkər diskləri, kuzovun Obsidian Black rəngi və ikirəngli Nappa dərisi ilə üzlənmiş salonudur. Bundan əlavə, sedanın təchizatına salon və baqajdakı dəri kilimlər, habelə ön qanadlara və salona vurulan Night Edition emblemləri daxildir.
Digər avadanlıqlar ilə yanaşı, S 650 Night Edition modelinin standart avadanlıqlar siyahısında 64 çalarlı salon işıqlandırması, 12,3-düymlük iki displeyi olan MBUX əyləncə kompleksi, qızdırılma, havalandırma və masaj funksiyası olan ön və arxa oturacaqlar, proyeksiya displeyi daxildir. Ayrıca, "bazada" 43 dərəcəyə qədər “yatan” rahat arxa oturacaqlar , həcmli səslənməsi olan Burmester premium səs sistemi və gecə görmə sistemi vardır.
Mercedes-Maybach S 650 Night Edition modeli iki turbokompressorlu 6,0 -litrlik V12 mühərriki ilə təchiz edilir. Mühərrik 630 at qüvvəsi və 1001 Nm fırlanma anı hasil edir və yeddi pilləli 7G Tronic Plus avtomatik transmissiya ilə tandemdə çalışır.
Məhdud sayda buraxılacaq Mercedes-Maybach S 650 Night Edition modeli 242.950 dollardan başlayan qiymətlə satılacaqdır. Bu, adi S 650 modelində olduğundan 40.400 dollar bahadır. Mercedes-Maybach S 650 sedanının əsas rəqibləri Bentley Flying Spur və Rolls-Royce Ghost modelləridir.