Mercedes-AMG şirkəti və amerikan Cigarette tərsanəsi Project One hiperkarının üslubunda hazırlanmış yarış qayığının yaradılmasını anons ediblər.
Cigarette Racing 515 Project One adını almış qayıq fevral ayının ortalarında Mayamidə keçiriləcək yaxtalar sərgisində təqdim ediləcəkdir. Yeni qayıq hiperkarla eyni rəng sxeminə malik olacaq, qayığın korpusundakı qrafika isə avtomobilin aerodinamik kuzov dəstini təkrar edəcəkdir. Şirkətdən qayığın idarəedilməsinin Project One hiperkarının sükanı arxasında əldə olunan hisslərə bənzər hisslərin bəxş edəcəyi bildirilir. Bununla belə qayıq haqqında əlavə məlumat verilməyib.
Qeyd etmək lazımdır ki, bu iki şirkətin birgə hazırladığı yeganə layihə deyildir.
Bundan öncə onlar AMG şirkətinin 50 illik yubileyinə həsr edilmiş Mercedes-AMG GT R sportkarının üslubunda hazırlanmış 15-metrlik Marauder AMG adını almış sürət qayığı və Mercedes-AMG Gt3 modelinə həsr edilmiş Cigarette Racing Team 41’ SD GT3 qayığını təqdim ediblər..