Məşhur disk istehsalçısı olan BBS şirkəti özünün müflis elan edilməsi proseduruna başlanması barədə Almaniyaniyanın müvafiq orqanlarına müraciət edib. Lakin, bu ilk dəfə deyil. 2007-ci ildə maliyyə çətinlikləri BBS və Belçikanın Holdinq Punch International şirkətlərinin birləşməsinə səbəb olmuşdu. 2015-ci ildə BBS şirkətinin əsas səhmdarı Cənubi Koreyanın Nice Corp şirkəti olub.
Motor Illustrated nəşrinin birdirdiyinə görə, hazırkı bəyanatın səbəbi ödəniş böhranı, şirkətin məhsullarına tələbin kəskin azalması və istehsalın dayandırılması olub. sadalalanlar COVID-19 pandemiyası ilə əlaqədardır. Çox güman ki, iflas proseduru şirkətin yenidən qurulmasına gətirib çıxaracaq ki, bu da ona fəaliyyətini davam etdirməyə imkan verəcəkdir.
BBS şirkətinin ayaqda qalmasına kömək edə biləcək yeganə sövdələşmə, amerikan yarış seriyası olan NASCAR ilə bağlanmış müqavilədir. Firma çempionatın iştirakçılarına mərkəzi kilidi olan 18-düymlük yüngül lehimli təkər disklərini çatdırmalıdır. Yeni disklər hazırkı 15-düymlük poladdan hazırlanmış diskləri əvəzləməlidir.
Daha əvvəl, pandemiyanın səbəb olduğu lokdaun ucbatından dünyanın ən böyük avtomobil kirayəsi şirkətlərindən biri olan Hertz Global Holding konserninin iflas etdiyi bildirilmişdi. Bununla birlikdə, iflas prosedurunun yalnız ABŞ və Kanadadakı kirayə operatorları şəbəkəsinə aid olduğu və Avropa filiallarına təsir etməyəcəyi gözlənilir.