Amerikalı drifter Von Gittin Cuniora məxsus olan RTR Vehicles firması Ford F-150 pikapı üçün təkmilləşdirmələr dəstini təqdim edib. Bu dəst Raptor versiyası istisna olmaqla bütün F-150 pikapları üçün təklif olunur.
RTR dəsti ilə təchiz edilmiş Ford F-150 pikapını quraşdırılmış hərəkət işıqları olan firma radiator barmaqlığı, təkər tağlarının genişləndiriciləri, kuzovdakı xüsusi qrafika və Nitto Ridge Grappler şinləri ilə təchiz edilmiş 20-düymlük təkər disklərinə görə tanımaq olar. Ford F-150 RTR modelinin təchizatına mühərrikin karterinin müdafiəsi və Fox Performance Series 2.0 amortizatorları da daxildir.
Salonda baş vermiş dəyişikliklər azdır: sifarişçilərə Von Gittinin imzası olan ayaqaltıları və avtomobili seriya nömrəsi olan lövhəciyi əldə etmək təklif edilir. Əlavə ödənişlə interyerin brendləşdirilmiş dəri ilə tərtibatını da sifariş etmək olar.