Klassik amerikan maslkarı əldə etmək arzusunda olanlar yaxşı şansa malikdirlər. Mecum hərrac evi 1967-ci ilin Ford Mustang modeli satışa çıxarıb. Özü də bu Mustang adi Mustang deyil - bu avtomobil Nikolas Keycin baş rolda çıxış etdiyi «60 saniyəyə qaçırmaq» filminindəki «Eleanor»’un rolunu ifa etmiş on bir maslkardan biridir.
Vaxtı ilə, Touchstone Pictures studiyası filmdə çəkmək üçün Kaliforniyada yerləşən Cinema Vehicle Services atelyesinə 11 ədəd eyni Ford Mustang modellərini sifariş edib. Eyni zamanda, atelye filmdə iştirak etmiş və hərraca çıxarılacaq modelin tam bərpasını da həyata keçirib. Bərpadan sonra əfsanəvu maslkardan demək olar ki istifadə edilməyib. O, cəmi 145 km məsafə qət edib. Lakin, bu modelin qiymətli olması təkcə onun ideal vəziyyəti, «ulduz» bioqrafiyası və birbaşa təqib səhnələrində iştirak etməsi deyil - «Eleanor» həm də güclü texniki hissəyə malikdir.
«Eleanor» alüminiumdan başlığı, Edelbrock Performer girişi, Magnaflow buraxılışı və MSD alışması olan təkmilləşdirilmiş V8 351 C1 HiPo mühərriki ilə təchiz edilir. Mühərrikin dartma qüvvəsi arxa oxa dəstəyində «Go Baby Go» «sehirli» düyməsi olan Tremec TKO beşpilləli mexaniki qutusu vasitəsi ilə ötürülür. Silindrlərə azot qarışığının verilməsi sistemi əlavə 120-125 at qüvvəsini təmin edir və Positraction qapanma sistemi vasitəsi ilə tətbiq edilir. Bundan başqa, avtomobil Total Control asqısı, xüsusi sifarişlə hazırlanmış təkər disklərinə, müdafiə olunmuş yarış yanacaq çəninə, Wilwood disk əyləclərinə malikdir.
Qeyd etmək lazımdır ki, «Eleanor» modelinin eskizlərini Stiv Stanford çəkib. Modelin dizaynı üzərində isə məşhur dizayner Çip Fuz işləyib.
Bununla belə, hərrac evi avtomobilin başlanğıc qiymətini elan etməyib. Əlbəttə ki, «Eleanor» üçün kifayət qədər iri məbləğin tələb ediləcəyinə şübhə etməmək olar. Hərrac gələn ilin yanvar ayında keçiriləcəkdir.