Mizoginiya sözünün mənasını bilrsinizmi? Sən demə, bu söz yunan mənşəli olub, “nifrət” və “qadın” sözlərinin birləşməsindən əmələ gəlib. Yəni, bu kəlmə “qadından nifrət etmək” kimi qəbul edilə bilər. Əlbəttə ki, günün-günorta çağı sizə yunan dili öyrətmək fikrindən uzağam, sadəcə bu günlərdə baş vermiş hadisədən danışmazdan əvvəl izahat vermək istədim.
Söhbət yeni Land Rover Defender modelinin debütündən gedir. Geniş pərəstişkar kütləsinə malik olan ofrouderin debütündən sonra, yeni Defender marka həvəskarları arasında qızğın müzakirə obyektinə çevrilib. Əlbəttə ki, yeni avtomobili bəyənənlər də olub, bəyənməyənlər də. Yeni modeli bəyənməyənlər “Defin” ramadan, bötov körpülərdən məhrum edildiyindən məmnun olmadıqlarını bildiriblər. Lakin, britaniyalı teleaparıcı Mariella Frostrap daha irəli gedərək, yeni Defenderin təbliğat üsulundan razı qalmadığını bildirib.
Mariella britaniya markasını mizoginiyada, seksizmdə və daha neçə-necə dəhşətli günahlarda ittiham edib. Mariellanın əsas tənqid hədəfi şirkət tərəfindən yeni modelin təbliğ edilməsi üçün hazırlanmış reklam çarxı olub. Xatırladaq ki, çarxda 14 dəfə Everest dağına çıxmış Kenton Kul iştirak edir. Çarxda Kazaxstandakı qayanın üzərində ətrafı seyr edən Kul gecikməmək barədə ismarıc alaraq, yeni Land Rover Defender modelində ölkəboyu səfərə çıxır.
Mariellanın narazılığına səbəb məhz Kenton Kulun şəxsiyyəti olub. Teleaparıcı qadınlar arasında da çox sayda “böyük işlərə qadir olan” ekstremalların olduğunu bildirib və onları çarxların çəkilməsinə cəlb etməyin vacib olduğunu bildirib. Forstrap, britaniya markasını öz Land Rover’ini sataraq, qadın-sürücülərə daha adekvat yanaşan markalardan birindən avtomobil alacağı ilə də hədələyib. Məlum məsələdir ki, teleaparıcının sosial şəbəkələrdə yazdığı ismarıclar “mizoginiya” və “gündəlik seksizm” həşteqləri ilə müşayət olunur.
Land Rover şirkəti teleaparıcının bu bəyanatına reaksiya verməkdə gecikməyib. Şirkət, çarxlarda çox sayda qadınların çəkildiyini, brendin səfirləri arasında isə, məsələn, atçılıq idmanı üzrə çempion Zara Tindollun olduğunu qeyd edib. Feminist təşkilatları da Forstrapın demarşından narazı qalıblar. Onlar Kenton Kulun çarxda çəkilməyə layiq olduğunu və qan çıxmayan yeri qaşıyıb qan çıxarmağın yersiz olduğunu bildiriblər.